"Əli Həsənova havadarlıq edənlər elə bilməsinlər ki, işdən çıxmaqla canını qurtaracaq"





Ədalət  prinsipinə  əməl  etməyənlər  cəzalanmalıdırlar...
         
Ölkə  prezidenti  cənab  İ. Əliyevin  bu  günlərdə  Kəlbəcər  rayonuna  yenicə  təyin  etdiyi icra  hakimiyyəti başçısnı  vidioformatda  qəbul  edərkən  söylədiyi  çıxışını diqqətlə  izlədim. Məcburi  köçkün  olduğuma  görə  onun  Qaçqınkomun  keçmiş  kollektivinin ünvanına  dediklərini  dönə-dönə  oxudum,  xeyli  fikrə  getdim. Komitənin  sədri  Ə.Həsənovun  və  onun  havadarlarının  köçkünlərə  qarşı  alçaldıcı  münasibətlərinin  bir  daha  şahidi  oldum. Onsuz  da  onların  əməlləri  mənə  məlum  idi. Cənab  prezidentimizin  çıxışından  sonra  bəzi  məsələlər  daha  da  aydın  oldu. 
        
24  ildir  Nizami  rayonunda  uşaq  bağçasında  yaşayıram. Bu  müddət  ərzində  bircə  dəfə  komitədə  olmuşam.  Onda  da  necə  qarşılandığımı  görüb  daha  o  banda  yuvasına  getməmişəm. Ehtiyacım  olmasaydı  o  bir  dəfə  də getməzdim.  Nə  edim,  axı  o  komitə  biz  köçkünlər  üçün  yaradılıb. 
       
Böyük  oğlum  pensiyada  olan  milli  ordu  zabitidir.  Peşəkar  hərbçidir.  Hərbi  məktəbi  bitirən  kimi  torpaqlarımızın  azad  olunması  uğrunda gedən döyüşə  atılmış,  düşmənə  qarşı  mərdliklə  vuruşmuşdur. Beş  il  Murov  kimi  çətin  yerdə  qulluq  etmişdir. Qulluq  vaxtını  başa  vurduqdan  sonra  pensiyaya  çıxmışdır. Yaşadığımız  yer  darısqal  olduğu  üçün  Qaçqınkomdan  mənzil  almaq  qərarına  gəldim. Prezidentimizin  məlum  sərəncamına  əsasən  pensiyada  olan  milli  ordu  zapiti  pulsuz  mənzillə  və ya  torpaqla  təmin  olmalıdır. Dedim  yəqin  bu  güzəştə  görə  oğluma  mənzil  verərlər.
      
Səhv  etmirəmsə  altı, ya  yeddi   il  bundan  əvvəlin  söhbətidir.  Sədrin  qəbulunda  olmaq  üçün  üz  tutdum  Qaçqınkoma. İçəridə  o  qədər  adam  var  idi  çətinliklə  tərpənmək  olurdu. Öyrəndim  ki,  qrafik  üzrə  həmin  gün  sədr  köçkünləri  qəbul  etməlidir. Qəbula  yazılmaq  üçün  ayrılmış   otağa girib  qeydiyyatdan  keçməli  idim. Otaqdan  çıxan  adamların  sifətlərində  kin-kudirət  hiss  edirdim. Neçə  saatdan  sonra  növbə  mənə  çatdı. Sədrin  qəbuluna  girmək  istədiyimi  demişdim  ki,  növbəyə  yazan  gənc  bir  oğlan oturduğu  yerdən  dik  qalxaraq  “sədrin  boş  vaxtı  yoxdur”  deyib  əli  ilə  qapını  göstərdi. Otaqdan  çıxmadığımı  görüb  yenidən  qızışdı.  Elə  bir  o  qalmışdı sədr  köçkünləri  qəbul  etsin,  gedin  şöbələrə. Kor-peşiman  otağı  tərk  etdim.
       
Komitənin  sədrinə  ərizə  ilə  müraciət  etməli  oldum. Ərizəmə  cavab  verdilər  ki,  boş  mənzilimiz  yoxdur.  Ondan  sonra  prezidentə,  birinci Vitse-Prezidentə  dönə-dönə  ərizə  yazdım. Göndərdiyim  ərizələr  tədbir  görülmək  üçün  Qaçqınkoma  göndərildi.   Oradan  yenə  də  eyni  cavab  gəlirdi: boş  mənzilimiz  yoxdur. Əgər  Qaçqınkomda  ərizə  və  şikayətlər  çöbəsində  yoxlama  getsə   mənim,  oğlumun  nə qədər  ərizəsi  olduğu  üzə  çıxar.  
       
İndi  prezidentimizin  dediklərindən  aydın  oldu  ki,  bizə  yalan,  başdangetdi  cavablar  verirmişlər. Dövlətin  biz  köçkünlər  üçün  tikdiyi  binalarda  evləri  pulla  satırmışlar.  Prezidentimizin  dediyi  kimi  hətta  bir  binada  yaşayanların  20  faizi heç  köçkün  deyilmiş.  Fikir  verin, ölkə  prezidentinə,  Birinci  Vitse-Prezidentə  göndərdiyim  ərizələr  də  bunlar  üçün  maraqlı  deyilmiş. Prezidentin  pensiyada  olan  milli  ordu  zabitləri  üçün  verdiyi  sərəncam  bunlar  üçün  heç  nə  imiş.
       
Qarşılaşdığım  digər hadisədən  də  yan  keçə  bilmirəm. Böyük  oğluma qanuni  olaraq  icra  hakimiyyəti   on  il  bunda  əvvəl   ayrı  təsərrüfat  kimi  qərar  verdi.  Həmin  qərarın  surətini  qeydiyyatda  olduğumuz  Qaçqınkomun  Nizami  ryon  şöbəsinə  təqdim  etdim.  Şöbənin  müdiri  Rafik  (soyadını  unutmuşam)  idi.                          

Təxminən  beş  ildən  sonra  bizi  yenidən  sənədləşdirəndə  məlum  oldu  ki,  oğlum  ayrı  təsərrüfat  yox,  hələ  mənim  üstümdədir. Rafiklə  görüşmək  istədiyimi  bildirdikdə   məlum  oldu  ki,  dünyasını  dəyşib. Adına  qaz,  işıq,  su  sayğacı  olan,  çörəkpulu,  kommunal  xərclər  alan  oğlumu   ayrı  təsərrüfat  kimi  qeydə  alınmayıb.  Ondan  xeyli  sonra  uşaq  bağçasında  yerləşən bir  neçə  köçkün  qeydə  alınıb. Məlum  oldu  ki,  ona  pul  verməli  idim. Ötən  ilin  sonlarında komitənin  yeni sədri  Rövşən  müəllimin  yanında  oldum,  məsəlini  ona  dedim.  Çox  səhv  etdiklərini,   ev  veriləndə  nəzərə  alacaqlarını  bildirdi. 
         
Ə.Həsənova  və  onun  züy  tutanlarına  ancaq  belə  deyərdim: qudurmuşlar. Pul  gözlərini  örtdükilərinə  görə  onlar  köçkünləri  belə  görmək,  dərdlərinə  şərik  olmaq  istəmirdlər.  Qarabağ  müharibəsi  veteranıyam.  24  il  uşaq  bağçasında  yaşadığım,  “OKA”  maşını  sürdüyüm  halda  Ə.Həsənov  və  onun  ailə  üzvləri  villalarda   yaşayır,  ən  bahalı  maşınların  sahibidirlər.
        
Görəsən  o, belini  hansı  güclü  məmura  söykəmişdi  ki,  belə  işlərlə  məşğul  olurdu.  Ə.Həsənov  və  ona  havadarlıq  edənlər   başa  düşməsinlər  ki, işdən  çıxmaqla  canlarını  qurtarıblar.   Onlar  qanun  qarşısında  cavab  verəcək,  cəzalarını  alacaqlar.  Buna  əminəm.  İnanıram  ki,  cənab  prezidentimizin  hazırda korrupsiyaya  və  rüşvətxorluğa  qarşı  apardığı ciddi mübarizədə  onlar  kənarda  qalmayacaqlar.  Ədalət  prinsipinə  əməl  etməyənlər ciddi  cəzalandırılacaq.  Bunu da cənab  prezidentimizin  özü  deyib.
                                                          
Sərməst Seyidəliyev
Tarix: 16-05-2020, 17:48
Xəbəri paylaş



Xəbər lenti