Kabab yeyərkən ehtiyatlı olun


Kabab yeyərkən ehtiyatlı olun

Rusiyalı həkim onkoloq-proktoloq Yelena Smirnova həmvətənlərinə kababın orqanizmə ziyanları barədə xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Həkimin sözlərinə görə, qızarma zamanı ətdə konseroqen maddələr yığılır:

"Onlardan ən təhlükəlisi isə benzapirendir. Kababın yağı əriyib kömürə düşür və bu tüstü şəklində yenidən ətin üzərinə qayıdıb hopur, həmin vaxt benzapiren yaranır. Marinadlar, pivə və çay qəbulu konseroqenlərin miqdarını azalda bilir, tamamilə yox etmir. Ümumiyyətlə, kabab mədədə çətin həzm olunan qidadır və mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün tövsiyə edilmir", - deyə həkim bildirib.

Qeyd edək ki, həkim eyni zamanda kabab bişirərkən hazır kömürdən yox, odundan istifadə etməyi məsləhət görüb.

Tarix: 16-05-2020, 12:39
Xəbəri paylaş



Xəbər lenti