"Axırıncı aşırım" filmində sonradan dillər əzbəri olan bir epizod var: "Nikolayı müsəlmanların Allahı yıxdı".
Bu gün Dövlət Sərhəd Xidmətində baş verənlər və prezident İlham Əliyevin "Qaçqınkom"un keçmiş sədri, DSX rəisi Elçin Quliyevin qudası Əli Həsənov haqqında səsləndirdiyi ittihamları göz önünə gətirəndə filmdəki o məşhur epizodu xatırlamamaq olmur.
Əlbəttə, biz hakim deyilik və baş verənlərdə kimin nə qədər günahkar olduğunu istintaq ortaya çıxaracaq, daha doğrusu, çıxarmalıdır. Amma Əli Həsənovun nəvəsinin məlum olaylarda törötdiyi cinayətin suçundan çox asanlıqla qurtulmasına pərt olanlar sevinənlərin min misli idi. Ancaq ilahi ədaləti unutmamaq gərəkdir və gec tez hansısa yolla bu qudalar Allah qatında məşhər ayağına çəkilməliydi. Çünki Allah ən böyük oyun pozan və oyun qurandır. Allah əməlisaleh kimsənin çarxını döndərməsin, dilə-dişə salmasın...