Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin xaricdə mülkləri üzə çıxıb.
Bu barədə araşdırmaçı jurnalist jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli qeyd edib ki, Z.Əliyevin 3 xarici ölkədə - Çexiya, Avstriya və Ukraynada 8 şirkəti var: “7 milyon avro Ziyəddin Əliyevin təkcə Ukraynadakı asfalt zavoduna qoyduğu sərmayədir ki, bu faktı Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi rəsmi təsdiq edib”.