Deputat Tağı Əhmədovu müdafiə etdi: "Onun 3 milyon mənimsəməsi ittihamdır"


Bu gün "Musavat TV"-nin canlı yayımında Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseyn və Milli Məclisin Yeni Azərbaycan Partiyasının üzvü olan deputatı Elman Nəsirov qonaq olublar. 


Demokrat.az xəbər verir ki, canlı debat zamanı son günlər rüşvət və korrupsiyaya görə həbs edilən məmurların əməlləri müzakirə olunub. 


Verilişdə keçmiş Baş nazir Pənah Hüseyn Bakı Metropoliteninin sabiq rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun dövlət büdcəsindən 3 milyon pul məsimsəməsi ilə bağlı deputat Elman Nəsirova sual ünvanlayıb. 

 


Elman Nəsirov isə sözügedən ittihamlarla razılaşmadığını bildirib:


"Mən Tağı Əhmədovun 3 milyon pul mənimsəməsi barədə səsləndirilən fikirləri ittiham sayıram. Bilirsiniz, bütün bunlar ittihamlardır. Bəzən mətbuat da fikirləri təhrif edə bilir. Hər deyilən fikirlər fakt ola bilməz, bunlar ittihamlardır".

Tarix: 13-05-2020, 15:12
Xəbəri paylaş



Xəbər lenti