“Bağçalı Evlər” MTK-da şok qanunsuzluq: Məhərrəm Novruzovla Akif Çovdarov əlaqəsi



Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraqgünahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik.

Həccə getmək – nəfsinə sahib olmaq deməkdir. Hacı – haramdan uzaq olmalıdır. İnsanların haqqını yemək, ah – naləsini qazanmaq ən azı… Əgər xatırlayırsınızsa, Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Mən hacılar tanıyıram ki, nanayçılarla gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Bir “hacı”nı da tanıyırdım. Vaxtilə vəzifədə idi. Elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana adamın yazığı gəlir. Son vaxtlar Hacı titullu Məhərrəm Novruzov adlı iş adamı haqda cumhuriyyet.az olaraq yazılar dərc etmişik. İndi isə bu şəxsin rəhbərlik etdiyi şirkətin qanunsuzluqları və özünün bağlı olduğu qaranlıq əlaqələrdən bəhs edəcəyik.

Məlumat üçün bildirək ki, M.Novruzov “Bağçalı Evlər” MTK-nın sahibidir. Bu şirkət Abşeron rayonu Masazır ərazısində “Qurtuluş-93” adı ilə məşhur olan yaşayış kompleksini tikib. Onu da bildirək ki, M.Novruzovun biznesi yalnız tikinti işi ilə yekunlaşmır. Bir neçə il öncə “Bağçalı evlər” şirkəti Şabran rayonunun Rəhimli kəndində müasir istixanalar qurub. Artıq şirkət tərəfindən 0,13 hektar ərazidə müasir damcı üsulu ilə tərəvəz yetişdirən istixana fəaliyyətə başlayıb. Hazırda şirkət tərəfindən 4 hektar ərazidə yeni istixana kompleksi quraşdırılıb. “MY BEACH” hotel və restoranı da “Bağçalı evlər” şirkətinin rəhbəri Hacı Məhərrəm Novruzova məxsusdur. Hazırda cumhuriyyet.az olaraq üzərində durduğumuz mövzu isə “Bağçalı Evlər” MTK-nın sabiq MTN yetkilisi Akif Çovdarovun göstərişi ilə qanunsuzluq etməsidir. Çox qəribədir ki, son zamanlar bir çox pullular, iş adamları obyekt açıb onu öz şilləvuranlarına işlədirlər. Bu gün artıq nanayçıların da şillə vuranı var, dələduzların da, vəzifə sahiblərinin də. Şilləvuranlar dəstəsi yaratmaq artıq dəbə minib. Elə bir məqam yetişib ki, artıq itlər adamları dişləmir, şilləvuranlar itləri dişləyir. Sonra itlər veterinarlara gedirlər ki, görsünlər onları dişləyən şilləvuranlar quduz imiş, yoxsa yox? İtlər də anlayırlar ki, əgər onları şilləvuranlar dişləsə, quduzlaşa bilərlər. Əgər şilləvuranlar quduz olmasa, onu yanında heç kim saxlamaz. Hacı Məhərrəm Novruzovun “Baxçalı Evlər” MTK-sında şilləvuranların olub-olmaması haqqında məlumat verə bilmərik. Amma bildiyimiz budur ki, orada Azərbaycan qanunlarını təhqir edib, heçə sayan, dələduzlarla əlbir olub saxta sənədlərə imza atanlar var. Azərbaycanda qanun Şahdır. Azərbaycan qanunlarına qarşı dələduzluq edənlər, onu hərraca çıxaranlar isə sözsüz ki, cəzasız qalmayacaqdır. Çünki, qanun qapazı elə ağırdır ki, heç kəs bu ağırlıqdan ayağa qalxa bilmir.

“Bağçalı Evlər” MTK tərəfindən hüquqları pozulan şəxs isə əvvəl Rusiyada, daha sonra Bakıda taxta biznesi ilə məşğul olan Ədilov Qədim Ədil oğludur. Q.Ədilov 2009-2013-cü illər ərzində Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı və satışı ilə məşğul olub. Yeri gəlmişkən həmin şəhər Çovdarovun da çoxdankı məskənidir. Onun Sverdlovsk vilayətinin Serov şəhərində taxta emalı müəssisəsində çəkilmiş məşhur fotoları da var. Ədilov isə 2013-cü ildə Azərbaycana qayıdıb və taxta biznesini burada davam etdirib. Bu məqsədlə “Azəri AQA” adlı MMC təsis edib. Rusiyadakı şərikləri taxtanı həmin müəssisənin adına Azərbaycana göndərib, Ədilov isə Keşlə stansiyasında taxtanı vaqonlarla topdan satırmış. Şikayətçinin cumhuriyyet.az-a bildirdiyinə görə, taxtanı Rusiyadan birbaşa istehsalçılardan aldığı üçün Keşlə stansiyasında lazım olanda qiymətə 20 faiz endirim də edə bilirmiş. Bu səbəbdən Q.Ədilov tikinti şirkətləriin də diqqətini cəlb edir və belə müştərilərdən biri də “Baxçalı Evlər” MTK olur.  Şirkətlə anlaşma bağlanır və Q.Ədilov satdığı taxtaların müqabilində “Qurtuluş-93”-dən ev götürməyi qərarlaşır. Beləliklə sözügedən yaşayış kompleksindən 120kv.m sahəsi olan (1kv.m 630 manat, ümumi dəyəri 75 min manat) mənzillə bağlı “Baxçalı Evlər” MTK ilə müqavilə bağlanır. Müqavilə Q.Ədilovun atası Ədil Ədilovun adına bağlanır. Tikinti şirkəti bir neçə ay ərzində Q.Ədilovdan 47.300 manat müqabilində taxta alır.  Həmin ərəfədə Q.Ədilov Keşlə bazarında taxta monopoliyası quran Sadiq Cəfərovun diqqətini cəlb edir. Cəfərov ona tərəfdaşlıq təklif edir və Ədilovdan hər ay 30-35 vaqon taxta ala biləcəyini bildirir. Ədilov isə hər ay maksimum 5-6 vaqon sata biləcəyini deyir, çünki Rusiyadakı istehsalı maksimum bu qədərmiş. Əvəzində Ədilov S.Cəfərovu Rusiyada daha iri həcmdə taxta istehsalı ilə məşğul olan Rüstəm adlı iş adamına calaşdıra biləcəyini deyir.

Beləliklə, Ədliovla Cəfərov və həmin Rüstəm adlı iş adamı arasında ortaq taxta biznesi qurulur. Bu ortaqlıq 2014-cü ilin dekabr ayına qədər davam edir. Cəfərov və onun sonralar Ədilovla tanış ediyi yeznəsi Natiq Hümbətov ona cəmi 656 min dollar verirlər. Ədilov isə onlara cəmi 564 min dollarlıq taxta verir. Yəni bu ortaq biznes əməliyyatının gedişində Ədilovun Cəfərova 92 min dollardan bir az artıq borcu yaranır. 2014-cü ilin dekabrında Rusiya rublunun dəyərdən düşməyə başlaması Ədilovu zərərə salır. Və Ədilov qərara gəlir ki, Cəfərovun yeznəsi və ağsaqqalı kimi tanıdığı Natiq Hümbətovla görüşüb ondan ziyana ortaq olmağı xahiş etsin. Ancaq Ədilov əsl sürprizlə Natiq Hümbətovun ofisində qarşılaşır. Onun nəzərinə çatdırılır ki, taxta alveri biznesinə qoyulan bütün bu pullar MTN generalı Akif Çovdarovundur. Və pullar qəpiyinə qədər, üstəlik gəlirləri ilə birlikdə qaytarılmalıdır. Daha sonra isə Ədilova yüklənən borc miqdarı artıb-400 min dollar olub. Çovdarovun adamları deyiblər ki, general Ədilovdan çox narazıdır, çünki onun üzündən ziyana düşüb. Ədilovdan borcu qaytarmaq üçün onu dəfələrlə MTN-ə aparıblar. Burada MTN-nin Səlim Məmmədov adlı əməkdaşı onu döyməklə, işgəncə verməklə hədələyib.  Nəhayət 2015-ci il aprelin ayında S.Məmmədov Q.Ədilova təklif edir ki, “Qurtuluş-93″dəki mənzili Natiq Hümbətovun adına keçirsin. dekabrın 25-də N.Hümbətov Ədliova anlaşma təklif edib. Q.Ədilov evin atasının adına olduğunu və belə bir sənədə özünün imza ata bilməyəcəyini deyəndə, ona “Hacı ilə danışmışıq, sən get onlar hər şeyi özləri həll edəcəklər”. İşgəncələr altında razılaşan Q.Ədilov “Baxçalı Evlər” MTK-nın ofisində atasının adına olan müqavilənin ləğv olunmasına imza atır və elə burdaca onun ödədiyi 47.300 manatın müqabilində N.Hümbətova 86 kv.m-lik ev verilir. Məlum MTN olaylarından sonra Q.Ədilov mənzil üzərində atasının əmlak hüququ ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət edir. Abşeron rayon məhkəməsi 22 fevral 2018-ci ildə “Qurtuluş 93″də 72 nömrəli yaşayış binasının 2-ci girişi, 3-cü mərtəbəsində 33 nömrəli 120 kv.m mənzillə bağlı Adil Adilovla “Bağçalı Evlər” MTK arasında bağlanmış müqavilə bərpa edilir.  Bundan sonra qarşı tərəf appelyasiya çikayətləri etsə də son olaraq Ali Məhkəmə də Adil Adilovun xeyrinə qərar çıxararaq 2015-ci il aprelin 24 də müqavilənin başqa ada keçirilməsi haqda sənədi etibarsız sayır. Ancaq bu günədək hələ də “Bağçalı Evlər” MTK Adilovların mənzil hüquqlarını bərpa etmir. Akif Çovdarovun bir sözü ilə qanunsuzluğa imza atan M.Novruzovun şirkəti ölkə məhkəmələrinin qərarını görməzdən gəlir.  https://www.cumhuriyyet.net/sonxeber/146461-146461.html

Tarix: 13-05-2020, 12:26
Xəbəri paylaş



Xəbər lenti