Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bu günlərdə keçirdiyi əməliyyatlardan sonra rayonda ictimai işə cəlb edilən şəxslərin maaş kartlarının özlərinə qaytarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Hit.Az xəbər verir ki, Müstəqim Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, onun icra başçısı olduğu zamanda Tərtərdə bu cür qanunsuz hallar mövcud ola bilməz:
"Bizim rayonda belə hallar ola bilməz. Heç tarixən də olmayıb. Biz heç zaman kasıbın çörəyinə göz dikməmişik, o qabiliyyətdə olmamışıq. Əgər doğrudan da rayonumuzda belə nöqsanlar varsa, o zaman gəlib axtarıb tapacaqlar və biz də qanun qarşısında cavab verəcəyik".