Azay Quliyev də Vüqar Səfərlinin taleyini yaşaya bilər?


 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyində dəyişiklik edilməsi, qurumun rəhbəri Vüqar Səfərlinin fəaliyyətinin yoxlanılması diqqəti digər oxşar qurumlara da yönəldib. ANAXEBER.info-nun məlumatına görə, sosial şəbəklərdə xüsusilə, Qeyri Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının da fəaliyyətinin araşdırılması barədə fikirlər səsləndirlir.Hazırda Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdıqlarını buna nümunə ola bilər. “Vüqar Səfərli ilə bağlı məsələ aydındır, bəs KİVDF-nin fəaliyyətini şübhə altına alanlar Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bağlı səslərini nədən çıxarmırlar?Azay Quliyevin rəhbəri olduğu qurumun fəaliyyəti şəffafdırmı?Qurumun maliyyələşdirdiyi xeyli qrant layihələri deputatlara, onların ailə üzvlərinə, vəzifəli şəxslərin yaxınlarına aiddir və tapşırıq, şəxsi münasibətlərə bağlıdır.Arxasından daş atmaq lazım deyil, zamanında demək lazımdır”, - deyə jurnalist bildirib.
ANAXEBER.info
Turan
Tarix: 9-05-2020, 17:31
Xəbəri paylaş



Xəbər lenti