Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Göyçay şəhəri H. Zərdabi küçəsi ev 34-də yaşayan şəhid anası Feyziyeva Şərqiyə İsrayıl qızı tərəfindən
Ə R İ Z Ə
Cənab Prezident!
Yazıb sizə bildirirəm ki, mən 1949-cu il təvəllüdlü Feyziyeva Şərqiyə İsrayıl qızı Göyçay H. Zərdabi küçəsində yaşayıram. 4 (1 qız, 3 oğul) övladım olub. Onlardan Feyziyev Məzahir Məmmədkərim oğlu 12 oktyabr 1992-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Digər 2 oğlum ailəlidir. Qızım Məmmədova Şəfəq Məmmədkərim qızı da ailə həyatı qurub, lakin həyat yoldaşı dünyasını dəyişib. Himayəsində 3 azyaşlı uşağı var. Eyni zamanda uşağının biri xəstədir. Qızım Şəfəq Göyçay rayon İcra Hakimiyyəti binasının yaxınlığında "komkoz" evlərində yaşayır. Qızım Şəfəq Məmmədovanın maddi durumu çox aşağıdır. Bundan da betəri isə əlil övladları ilə birgə yaşadığı evin qəzalı halda olmasıdır. Belə ki, bütün fəsillər boyu evin içərisi rütubətli qalır. Evdə olan saysız dəliklər səbəbindən ilan və zərərli həşəratlar içəri daxil olur. Qızım və övladları orada qorxa-qorxa yaşayırlar.
Mən də öz növbəmdə 2019-cu ildə Göyçay rayon İcra başçısı Mehdi Səlimzadənin qəbulunda olub qızımın evinin təmir olunmasının təmin edilməsini ondan xahiş etdim. O, elə mənim yanımda rayon Mənzil İstimarı Idarəsinə zəng etdib ona tapşırdı. Sonra mənə dedi ki, get Göyçay Mənzil İstismarı İdarəsinin müdiri Ayaz Səfərəliyevin yanına, sənə nə köməklik lazımdırsa edəcəkdir. Ayaz Səfərəliyevin qəbulunda olduqda məni şirin dillə və yalan vədlərlə yola verdi. Bundan sonra mən əlavə olaraq müxtəlif vaxtlarda 4 dəfə Ayaz Səfərəliyevin qəbulunda oldum.
Hətta Ayaz Səfərəliyev və işçiləri bir neçə dəfə qızımın evinə baxmağa gəldilər. Ayaz Səfərəliyev hətta 2020-ci ilin yanvar ayında qızımın evini təmir edəcəklərini mənə dedi.
Mən icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin yalançı və saxtakar olmalarını məni aldatdıqlarını bilib öz pulumla qızımın evini ordan burdan olsada təmir etdirdim. Hansı ki, həmin pulu müalicəm üçün pensiyam üçün qəpik-qəpik yığmışdım.
Hörmətli Prezident!
Sizə bildirmək istəyirəm ki, icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin şəhid anasına qoyduğu hörmət bundan ibarətdir. Ümüd edirəm ki, mətbuat vasitəsi ilə Sizə ünvanladığım bu müraciətim cavabsız qalmayacaq. Doğrusu bundan öncə Sizə bu işlə bağlı dəfələrlə ərizələr göndərmişdim. Hər dəfə də ərizələrim icra olunması üçün Göyçay rayon icra hakimiyyətinə göndərilsə də onlar başdan sovdu cavab məktubları göndərməklə işlərini bitmiş hesab etmişidlər.
İndi isə ümüd edirəm ki, Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidin anası olaraq, mənə qarşı edilən bu saymamazlığı və hörmətsizliyi edənlərin - icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin layiqli cəzasını verəcəksiniz. Ümüd edirəm ki, 3 azyaşlı yetim və eyni zamanda xəstə uşaqlar böyüdən qızımın qəzalı evinin tezliklə təmir olunması üçün tapşırıq verəcəksiniz.
Əlaqə telefonu; 051 388-93-92 nəvəm Nihat