Milyarder Bakıdakı iqamətgahını satışa çıxardı - 15 MİLYONA - FOTOLAR

  
  Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Bakıdakı məşhur iqamətgahını 15 milyon manata (8,8 milyon dollar) satışa çıxarıb.
Siam.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə əmlak satışı saytlarında elan yerləşdirilib.
Tbilisi prospekti, Avropa Oteli və Heydər Əliyev adına İdman Sarayı yaxınlığında yerləşən klassik üslubda modern və gözəl 3 mərtəbəli iqamətgah 36 sot torpaq sahəsinə və 1500 kvadratmetr ümumi tikili sahəsinə malikdir. İqamətgah xüsusi dizayn olunmuş mebellərlə, lampalar, qablar, rəsm əsərləri və s. ilə tam təchiz olunub.
İqamətgahın mevə və dekorativ ağacları olan bağı da var.
Satışa çıxarılan iqamətgahın fotolarını təqdim edirik.
 
Tarix: 2-05-2020, 22:12
Xəbəri paylaş



Xəbər lenti