“Bank Respublika"dan ŞİKAYƏT - Vətəndaşa ayrılan dövlət yardımını kreditə yönəldib

           
“Bank Respublika"dan ŞİKAYƏT -

Bildiyimiz kimi ölkə başçısı İlham Əliyev pandemiya dövründə vətəndaşlara diqqət və qayğı nümayiş etdirir…

Lakin ölkədə elə banklar var ki, onlar ölkə başçısından fərqli mövqe tuturlar,vətəndaşlara qarşı özbaşınalıq edirlər. Belə banklardan biri də adı tez-tez mətbuatda mənfi mənada hallanan “Bank Respublika”dır.

Masallı şəhər sakini İbrahimova Sifeyra Məmməd qızı da “Bank Respublika”dan şikayət edənlərdən biridir.

Masallı şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Sifeyra xanımın Tia.az-a bildirdiyinə görə o artıq bir neçə ildir ki, “Bank Respublika”nın Masallı rayon filialından götürdüyü kreditə görə hər ay həmin banka pul ödəyib. Lakin hal-hazırda ölkədə xüsusu karantin rejiminin tədbiqi ilə bağlı çoxları kimi onun da iş fəaliyyəti dayandığı üçün o mart, aprel aylarında kredit borcumu ödəyə bilməyib.

Vergi ödəyicisi olduğu üçün Vergilər Nazirliyi prezidentin məlum sərəncamına əsasən işləməyən sahibkarlara dəymiş zərərə yardım məqsədi ilə onun hesabına da 250 manat vəsait köçürüb.. Ancaq əmin pulu 22 aprel 2020-ci il tarixində həmin pulu “Bank Respublika”-nın Masallı Rayon filialından almaq üçün banka getdikdə maraqlı vəziyyətlə qarşılaşıb. Belə ki, bankdan ona bildiriblər ki, həmin pul onun gecikmiş kredit borcuna ödənilib.

Sifeyra İbrahimova dövlət tərəfindən ona ayrılan yardımın kredit borcuna ödənilməsinə etiraz etsə də, pulu ona verməyiblər. “Bank Respublika”nın qaynar xəttindən Pia.az-a bildirilib ki, həmin vəsait kreditə ödənilə bilməz. Lakin bir neçə saatdan sonra zəng edib deyiblər ki, vətəndaş öz istəyi ilə ərizə yazıb, sənədin altına imza ataraq həmin pulun banka olan kredit borcuna ödənilməsinə razılıq verib. Həmin sənədin surətini verməkdən isə imtina edilib.
Ancaq bank həmin sənədin surətini verməkdən imtina edib.
Tarix: 28-04-2020, 17:08
Xəbəri paylaş



Xəbər lenti