Yasamal icra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir - SƏBƏB

         
Yasamal icra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir - SƏBƏB
Yasamal icra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir
Yasamal Rayon İcra Hakimiyyəti tanınmış vəkilin dövlət tərəfindən ayrılan pulunu ödəmir.

“Yeni Sabah”ın məlumatına görə, bununla bağlı vəkil Tahir Əlirzayev Yasamal Rayon İcra Hakimiyyətindən Bakı İnzibati Məhkəməsinə şikayət verib. Məhkəmə prosesi hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.

“Yeni Sabah”a açıqlama verən Tahir Əlirzayev məhkəməyə iddia verməsini belə əsaslandırdı: “Dövlət hesabına ödənilən hüquqi yardımla bağlı Bakı Apellyasiya Məhkəməsində təxminən 7 ay bir nəfərin hüquqlarını müdafiə etdim. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna görə, vəkillərə ödəniləcək məbləğ 2020-ci il 1 yanvar tarixinə kimi dövlət tərəfindən yerli icra hakimiyyəti orqanlarına ayrılırdı. Ancaq icra hakimiyyəti 2018-ci ildən bəri 340 manat pulumu ödəmədi və mənə bu məzmunda məktub göndərdi ki, həmin məbləği Vəkillər Kollegiyasından almalısan. Halbuki mən hüquqi yardımı dövlət vəkillərə ayrılan pulu yerli icra hakimiyyətlərinə ödədiyi zaman göstəmişəm”.

Qeyd edək ki, 2018-ci ilin fevral ayından Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla ölkədə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği 3 dəfə artırılaraq iş saatı üçün 6 manat olub.
Tarix: 28-04-2020, 15:56
Xəbəri paylaş



Xəbər lenti