Deputat Azər Kərimlinin biznesi aşkara çıxdı - Xarici ölkədə vergi ödəyicisi imiş


bitmap-img6




Qaxın deputatı Rusiyada vergi ödəyicisi kimi öhdəlik daşıyıb

"Azər Kərimli 17 il ərzində millət vəkili statsu ilə Rusiya qarşısında vergi ödəyicisi kimi öhdəlik daşıyıb. Amma tərcümeyi-halında Moskvadakı biznes fəaliyyəti ilə bağlı məlumatlarda saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb".

AzFakt.com xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, deputat həm rəsmi, həm qeyri-rəsmi bioqrafiyasında Rusiyada təsisçisi və rəhbəri olduğu "Fəxri" MMC-nin (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ФАХРИ") guya deputatlığından bir il əvvəl, yəni 1999-cu ildə fəaliyyətini dayandırdığını qeyd edib.
 
"Amma əlavələrdə sizə təqdim etdiyim sənədlərdən bəlli olur ki, şirkət cəmi 3 il əvvəl, 2017-ci ilin noyabrında fəaliyyətini dayandırıb. Şirkət deputatın tərcümeyi-halında qeyd edildiyi kimi 1991-ci ildə deyil, 1997-ci ilin iyulun 24-də təsis olunub, 2003-cü ilin yanvarın 27-də Azər Kərimlinin Hüseynov Adil Həmid oğlu ilə ortaqlıq qərarı ilə bağlı reyestr məlumatları yenilənib", - bildirib.

Sənədlərdən aydın olur ki, Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub. 2017-ci ilin sonlarında Rusiyadakı şirkətini ləğv edən deputat 2018-ci ilin sentyabrında oğlu Fəxri Kərimlinin adına İngiltətədə KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) əmlak şirkətini qeydiyyatdan keçirib.

Azər Kərimli 112 saylı Qax seçki dairəsindən deputatdır. 









Tarix: 26-04-2020, 23:16
Xəbəri paylaş



Xəbər lenti