Yenisabah.az xəbər verir ki, Qubad İbadoğlu "Facebook" hesabında paylaşım edərək insanların 190 manat üçün mübarizə apardığı bu dövrdə Akif Çovdarovun bahalı süfrə qurmasını tənqid edib. İqtisadçı ekpert sözügedən fotoya bu şərhi yazıb:
""Ədalət" zəfər çalır
Ən zəruri ərzaq tələbatını ödəmək üçün 190 manat uğrunda mübarizə aparanların acığına 1190 manatlıq süfrədə qaldırılan badələrlə deyilən tostlar müasir Azərbaycan tarixinin "şanlı səhifəsi"nə yazılır".