“Bir-birinizlə əllə salamlaşmayın. Biz əllə salamlaşmağa vərdiş etmişik. Amma əvvəl əlimizi ürəyimizin üstünə qoyub görüşərdik. Bu, infeksiyalardan da qoruya bilər”.
Cebhe.info xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev “Space” kanalında yayınlanan “Sadə həqiqətlər” proqramında deyib.
O bildirib ki, karantindən çıxandan sonra arxayınlaşmaq olmaz.
“Hər halda, öz tədbirlərimizi görməliyik. Gigiyena qaydalarına daim əməl edək, sosial məsafə saxlayaq. İsti ölkələrdə də bu xəstəlik yayılıb. Virusu gəzdirən insanlar qala bilər. Buna görə də karantin bitdikdən sonra da bu məsələlərə diqqət etmək lazımdır”,- deyə C.İsayev bildirib.