“Siyəzən Broyler” 500 ailəyə yardım etdi - Video

 


“Siyəzən Broyler” Açıq tipli Səhmdar Cəmiyyəti ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə 1986-cı ildən fəaliyyət göstərir...


Cənubi Qafqazın ən böyük quşçuluq müəssisəsi olan “Siyəzən Broyler” hazırda Azərbaycanda toyuq ətinə olan tələbatın 30 faizdən çoxunu təmin edir. Bu gün fabrik ərazisində 2 müasir kəsimxana, 2 ədəd son texnologiya ilə inşa edilmiş və tam avtomatlaşdırılmış inkubatoriya, hər birinin istehsal həcmi saatda 30 ton olan iki müasir yem fabriki, Azərbaycanda analoqu olmayan tullantıların utilizasiyası zavodu və s. kimi iri istehsal sahələri mövcuddur.

2017-ci ildən başlayaraq “Siyəzən Broyler “ ASC-də bütün istehsal proseslərinin modernləşdirilməsi və geniş həcmli infrastruktur layihələri həyata keçirilməyə başlanmış, nəticədə xeyli yeni iş yerləri açılmışdır. Hazırda şirkətdə 1500 işçi çalışır.

Siyəzən Broyler” Azərbaycanın bu çətin günlərində pandemiyanın yaratdığı problemlərin aradan qaldırılması işində dövlətimizlə, xalqımızla birlikdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla mübarizə Fonduna ölkədə birincilər sırasında 197 min manat ianə köçürən şirkət, pandemiya dövründə də daim xalqımızın yanında olduğunu növbəti dəfə təsdiqləmişdir. Karantin dövründə şirkət Siyəzəndə 500 ailəyə ərzaq yardımı çatdıraraq, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşları sevindirmişdir. Bu xeyirxahlıq dövlətimizin imkansız ailələr üçün göstərdiyi yardıma dəstək və həmrəylik nümunəsidir.



Tarix: 24-04-2020, 16:34
Xəbəri paylaş



Xəbər lenti