Vüqar Dadaşov: Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm

 
Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist Vüqar Dadaşov, koronovirus pandemiyasının ölkəmizə təsirindən yazıb. Həmin yazını oxucularımıza təqdim edirik
“İlk öncə pandemiyaya çevrilmiş koronovirus adlanan bu xəstəlikdən dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına baş sağlığı verirəm, Allah səbr versin, ölənlərimizə isə Allahdan rəhmət eləsin. Xəstələrimizə Allahdan şəfa diləyir, bu xəstəliklə mübarizə aparan həkimlərimizə isə ehtiramımı və minnətdarlığımı bildirirəm.
Dünyanı cənginə alan bu Koronovirus pandemiyası, bizə bir xalq və dövlət olaraq bir çox məqamları açdı. Ölkəmizdə -səhiyyə sistemində, -əhalinin məşğulluğu sahəsində, -əhalinin sosial vəziyyəti barədə,
-xarici təchizat asılılığımızın fəsadları kimi problemlər özünü göstərdi.
Beynəlxalq məsələlərdə isə, qloballaşmanın əsl mahiyyəti və zərəri, böyük dövlətlərin məkrli planlarının mümkünlüyü artıq inkar edilməz fakt kimi qəbul olundu.
Mənəvi baxımdan isə, koronovirus pandemiyası insanlarda Allaha inam, haqq və ədalət, bərabərlik, bir -birinə yardım və kömək, varlı-kasıb münasibətləri və sair bu kimi əxlaqi və mənəvi dəyərləri önə çıxardaraq, insanları düşünməyə məcbur etdi.
Ölkə başçısından gizlədilmiş və Pandemiya nəticəsində gizlədiləsi artıq mümkün olmayan problemlərin həllinə başlanıldı. Cənab Prezidentimiz səhiyyə sistemində çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görərək, daxili resurslarımız hesabına ölkə əhalisinin tibbi məhsullarla təchizatı qısa bir zamanda təmin edildi. Elə Sumqayıtda tibb məsullarının istehsalı zavodunun açılışı və istifadəyə verilməsi qeyd edilənlərə sübutdur. Həm yeni iş yerləri açıldı həmdə, ölkənin xaricdən aşlılığı aradan qaldırıldı. Ölkədə, əhalinin məşğulluğunda problemlinin mövcudluğu, real işsizlərin sayı, tətbiq edilən formal “məşğul şəxs" anlayışına yeni baxışı gündəmə gətirdi. Bu problemlinin aradan qaldırılması və əhalinin məşğulluğunu təmin etmək üçün ölkə Başçısı Cənab İlham Əliyev küllü miqdarda vəsait ayırdı və mövcud iş yerlərinin saxlanılması, yeni real iş yerlərinin açılması və sosial problemlərin həllinə yeni yanaşmalarla tədbirlərə başlanıldı. Karantin dövründə gəlirlərini itirən işçilərə və sahibkarlara dövlətin maddi dəstəyi görülmüş tədbirlərin bir hissəsidir. Eləcədə, vergi ödəyicilərnə güzəştlərin tətbiqi bu qəbildən olan işlərdəndir.
Az təminatlı ailələr və insanların sosial vəziyyətində problemlərin olduğu da ortaya çıxdı və bu məsələlərin həllinə dair tədbirlərə başlanıldı və bu kateqoriyaya aid olanların yeni meyarlarının müəyyən edilməsi və mexanizmi barədə işlərə başlanıldı. Karantinlə bağlı İzolyasiya və özünü tədric etmə zamanı rabitə, internet-kommunikasiya sistemində vəziyyətin qənaətbəxş olmadığı da aşkar olundu. Sözsüz ki, bu məsələnin də həllinə başlanıldı və qısa zamanda azda olsa irəliləyişlər hiss olunmaqdadır.
Haqq üçün, qeyd etmək lazımdır ki, dünya gücləri kimi tanınan böyük dövlətlərlə müqayisədə dövlətimiz, pandemiya ilə bağlı vəziyyəti daha professional şəkildə nəzarətə götürə bildi və şükür Allaha ki, ölkəmizdə koronovirus pandemiyasının ağır fəsadlar verməyi əngəlləndi. Bu çox sevindirici haldır və bütün görülmüş qabaqlayıcı tədbirlərə görə ölkə rəhbərinə Cənab Prezidentimizə öz dərin təşəkkürümü bildirirəm.
O ki, qaldı Qloballaşmanın məqsədi və zərəri barədə, hələ mən 2019-cu ilə müəllifi olduğum “Mənim düşüncəm” adlı kitabımda fikirlinimi bölüşmüşəm və bir daha qeyd edim ki, “Qloballaşma, əslində dövrümüzün bir siyasi vasitəsi kimi başqa ölkələri “zəbt etmək”, iqtisadi və siyasi dünya hökümranlığına hesablanmış və həyata keçməkdə olan ideyadır. (“Mənim düşüncəm” adlı kitabdan)” Bu baxımdan “idarə olunan epidemiyalar” qlobalistlərin istifadə edə biləcəyi vasitə ola biəcəyi şübhə doğurmur. Sözsüz ki, seçimlə idarə olunan və müəyyən ərazilərə yayılan xəstəliklərin müəyyən hədəfləri var... Nəticə budur, biz bir xalq və dövlət olaraq ancaq özümüz öz qeydimizə qala bilərik, ölkə daxili tələbatlarımızı daxili resurslarımız hesabına təmin etməli xarici asılılığı aradan qaldırmalıyıq. Nəhayət ki, bir birimizə dəstək olmalı, xalq olaraq birləşərək dövlətimizi gücləndirtməliyik ki, dünya tarixində izimiz və yerimiz daima olsun.
Allah xalqımızı qorusun!”
Tarix: 24-04-2020, 16:33
Xəbəri paylaş



Xəbər lenti