Gununsesi.org “Ölkə.Az”a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Vasif Məhərrəmli “İnstagram”da canlı yayımda deyib.
“Sonra gedib kiməsə əl tuturuq, çəkib yayımlayırıq, onda da deyirlər ki, filankəs özünü reklam edir. Sağ əlin verdiyini sol əl bilməməlidir. Siz nə istəyirsiniz? Necə edək ki, sizi razı salaq? Dəfələrlə gedib, burada Qazaxda, Buzovnada və digər yerlərdə insanlara kömək etmişəm. Hamısını çəkmişəm, telefonumdadır, sadəcə heç yerdə paylaşmamışam”, – deyə o, qeyd edib.
Daha sonra o, ondan kömək istəyən şəxsdən də danışıb.
“Bir nəfər mənə yazıb ki, mənə kömək edin. Deyirəm, mən Bakıda deyiləm, burada, Qazaxdayam. Məndən xahiş edir ki, Kamil Zeynallıya, ya da Tolikdən xahiş edin. Düzü məndə Kamilin nömrəsi vardı, “Whatsapp”da ona yazdım, o adamın nömrəsini də yolladım. Sonra baxıram ki, 7 saatdı “İnstagram” da xətdədir. Mən başa düşə bilmirəm, imkansız, yardıma möhtac olan biri 7 saat orada nə edir? Özünə də yazdım”, – deyə, o, bildirib.