Mənsimovun azadlığa çıxma xəbəri yalandır – “Palmali”dən açıqlama

 


   
Palmali Şirkətlər Qrupunun rəhbəri, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə əlaqədə suçlu bilinən və istintaq müddətində həbs olunmasına qərar verilən azərbaycanlı milyarder Mübariz Mənsimovun azadlığa çıxması barədə növbəti dəfə məlumat yayılıb.
Axar.az xəbər verir ki, yayılan məlumatla bağlı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva açıqlama verib.
O bildirib ki, Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır:
“Bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlir. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.
Qeyd edək ki, M.Mənsimov martın 15-də saxlanılıb, 17 martda isə məhkəmə onun barəsində istintaq müddətində həbs qətimkan tədbiri seçib.
M.Mənsimovun yenicə əməliyyatdan çıxmasını əsas gətirən vəkilləri istintaq müddətində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versələr də, məhkəmə təmin etməyib.
M.Mənsimov FETÖ ilə bağlılığı ittihamlarını qətiyyətlə rədd edir. Həbs olunduğu gündən etiraz olaraq başlatdığı aclıq aksiyasını isə çoxsaylı xahişlərlə dayandırdığını bildirib.
Tarix: 22-04-2020, 20:56
Xəbəri paylaş



Xəbər lenti