Sosial şəbəkələrdə Ağdam rayonundan acınacaqlı mənzərə əks etdirilmiş fotolar paylaşılıb.
Bildirildiyinə görə, rayonun Alıbəyli-2 qəsəbəsində karantin dövrünə qədər şagirdlərə tədris prosesi bu çadırda aparılıb. Kənd sakinləri mövcud vəziyyətdən narahatlıqlarını bildiriblər.
Məsələ ilə bağlı oxu.az-ın sorğusuna Təhsil Nazirliyindən verilən cavabda hazırda məktəbin fotoda göründüyü halda olduğu təsdiq olunub.
Bildirilib ki, Ağdam rayon Alıbəyli-2 qəsəbə tam orta məktəbinin təmir-tikinti işləri ilə bağlı məsələ investisiya proqramında nəzərdə tutulacaq.