"Nədən qorxursunuz, sözünüzü niyə deputatlara, məmurlara demirsiniz?" - Müğənni kimlərə mesaj verdi? + VİDEO


img

"Sözünüz varsa, məmurlara, deputatlara deyin”.

Bu açıqlamanı müğənni Günel Ələkbərova (Pişik Günel) sosial şəbəkədə canlı yayım zamanı deyib.

"Kimsə etdiyini çəkib göstərir, kimsə göstərmir, çox sağ olsunlar, əsas odur yardım edirlər. Bəzi müğənni həmkarlarım var, çıxıb sənət adamlarına deyir yardım edin. Sən müğənnilərə yox, sözün varsa çıx deputatlara de. Nədən çəkinirsiz, sözünüz var, birbaşa deyin! Deputatlara, məmurlara deyin, niyə demirsiniz? Onlar xalqın bu vəziyyətində yanında olmalıdırlar"

Qeyd edək ki, hazırda G. Ələkbərova 2 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkən bir neçə uşağın müalicəsinə yardım edir. Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az


Tarix: 17-04-2020, 22:10
Xəbəri paylaş



Xəbər lenti