Ölkədə karantin müddəti olmasına baxmayaraq, müəyyən sahədə işləyən şəxslər var ki, vaxtlarının böyük hissəsini iş başında keçirməli olurlar. Həmin şəxslər gündəlik insanlarla daha çox ünsiyyətdə olduğundan xüsusi risk qrupuna aiddirlər. Bəs, görəsən, həmin şəxslər özlərini gün ərzində necə qoruyurlar? Daha ətraflı növbəti süjetmizdə tanış ola bilərsiniz.Bu günlərdə ən böyük məsuliyyət onların üzərindədir desək, yanılmaraq. Xüsusi karantin rejiminin tələblərinə əməl olunmasını məhz onlar təmin etməli olurlar. Bütün bu çətinliklərlə yanaşı daim həyatları risk altında olur. Çünki gün ərzində yüzlərlə insanla ünsiyyətdə olurlar.
Paytaxtın təmizliyinə cavabdeh olan təmizlik işciləri də hər gün infeksiya təhlükəsi ilə üz-üzə qalırlar. Uzun illərdir, təmizlik işcisi kimi çalışan Rəna Şərifova deyir ki, bəzi sakinlər istifadə etdikləri tibbi əlcək və maskanı hara gəldi atırlar. Bu isə onların işini daha da çətinləşdirir.
Xüsusi risk qrupuna daxil olanların siyahısına market və aptekdə çalışan işcilər də daxildir. Onlar da çalışırlar ki, qaydalara əməl etsinlər ki, özlərini və yaxınlarını koronavirusa yoluxdurmasınlar.
Göründüyü kimi, bəzi sahələrdə çalışan insanların evdə qalması mümkün deyil. Biz karantin rejiminə, sosial təcrid qaydalarına əməl etməklə özümüzlə yanaşı onların da həyatını qorumuş olarıq. (Baku.ws)
Tarix: 15-04-2020, 11:30