“Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır. Bu gün biz görürük ki, çörəklər qablaşdırılmamış vəziyyətdə marketlərə daşınır. Bu həmin qərarın pozulması deməkdir, eyni zamanda bu vəziyyət koronavirusdan da təhlükəli xəstəliklərin yayılmasına gətirib çıxaracaq”.
Bunu Yenicag.az-açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zavod çörəklərinin açıq şəkildə maşınlara yığılaraq, marketlərə daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirərkən deyib.
Ekspert bundan da dəhşətli halın yaşandığını bildirib:
“Çörəklərin 10-15 faizi açıq şəkildə satılır. Daşınmada da ciddi problemlər var. Çörəklər hətta sürücünün ayaqları altına yığılaraq daşınır. Həmin üzərində mikroblar olan çirkli çörəklər insanlara satılır. Burdan market sahiblərinə səslənirəm, açıq şəkildə istehsal olunan çörəkləri satışa qəbul etməyin. Alıcılar qablaşdırılmamış çörəklərdən imtina edin. İstehlakçılar çörəkləri mütləq qablaşdırın, qanunun tələblərinə uyğun olsun”.