“ “Koronavirus yoxdur” demək psixoloji sarsıntının əlamətidir” – Həkim rəyi

 

 

İki aya yaxındır ki, koronavirus dünyada yayılmağa davam edir. İnfeksiya səbəbindən hər gün minlərlə insan virusa yoluxur, ölənlərin sayı isə günbəgün artır. Bu səbəbdən ölkələr sərhədləri bağlayıb, uçuşları təxirə salıb, turizm və bir çox sahələr çöküb. Televiziyalar, mətbuat isə davamlı koronavirusa yoluxan xəstələr, onlar üçün həyatını riskə atan həkimlərlə bağlı xəbərlər, reportajlar yayımlayır. Lakin hələ də insanlar sosial şəbəkədə virusun olmasına inanmadıqlarını, "Ətrafımızdan heç kim koronavirusa yoluxmayıb", "Niyə tanıdıqlarımızdan 1 nəfərdə də bu virus yoxdur” kimi rəylər yazırlar. Bəs, bu cür düşünən və paylaşım edən adamlar barədə həkimlərin rəyi nədir, necədir? Bu durum insanların hansı psixoloji durumundan xəbər verir?

Musavat.com mövzu ilə bağlı həkimlərin fikrini öyrənib.

Tələbələrin nədən zəhərləndiyi mütləq açıqlanmalıdır" - Professor ...

Professor Adil Qeybulla bildirib ki, insanlar bu xəstəliyə ciddi yanaşmalıdırlar:

“İnsanları təlaşlandırmaq istəmirik. Amma ölkəmizin mənafeyi, insanlarımızın sağlamlığı üçün koronavirus infeksiyasına ciddi yanaşmalıyıq. Bu durumdan az itkilərlə çıxmalıyıq. Dövlət tərəfindən bütün tədbirlər görülüb. Biz də gərək qoyulan tələblərə əməl edək, qaydalardan kənara çıxmayaq. İnsanların yaydığı şayiələrə inanmamaq lazımdır. Cəmiyyət inamsızlıq hissini yaxın buraxmamalı, dövlətə, görülən tədbirlərə bel bağlamalıdır. Xəstəxanada həkimlər fədakarlıq edirlər, 8-10 saat eyni formada qalırlar, üzləri maskadan gömgöy olur, ailələrini görmürlər. İnsanlar da bütün bunları nəzərə alaraq davranmalıdırlar”.

Vəfa Rəşidova: “Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda ...

Psixoloq Vəfa Rəşidova isə qeyd edib ki, bu kütlənin yaşadığı psixoloji sarsıntıdır:

“O qədər sosial şəbəkələrdə, internet resurslarında yalan məlumatlar dolaşır ki, insanlarda inamsızlıq hissi yaranıb və artıq alışqanlıq halına gəlib. Ona görə ciddi hadisələrə ciddi yanaşmamaq, inanmamaq adi hala çevrilib.  Koronavirusa inanmayan insanların psixologiyasına nəzər salaq. Onlarda özünümüdafiə mexanizmi işə düşüb. Bəzi insanlar koronavirus barədə məlumatları rədd edərək, psixologiyalarını qorumağa çalışırlar, onlar təhlükəni qəbul etmək istəmir. Təhlükəni qəbul etmək hissi yoxdur, realist insanlar deyillər. Koronavirusu qəbul etməyən insanlar qorxu, stress keçirən insanlardır. Hər şey insanın ruh halı, qorxuları ilə bağlı bir şeydir. İnsanlar ehtiyat etdiyi durumlardan qaçmağa çalışırlar. O insanların ruh halında problemlər var. Çünki faktiki vəziyyətə inanmayan insanın psixoloji problemi mövcuddur. Biz heç vaxt karantin rejimində yaşamamışıq, indi rahat həyatımızdan ayrı düşmüşük. Ona görə insanlar təlaşlanır və gerçəklikdən qaçır. Bu kütlənin yaşadığı psixoloji sarsıntıdır. Əslində isə onlar reallığı qəbul etsələr, sağlamlıqları üçün daha faydalı olar.

Hazırda koronavirusun varlığına inanmayan insanlar çox azdır. Ölkə başçısı koronavirus barədə məlumat verdikdən sonra insanlar infeksiya reallığını qəbul etdi”.


Tarix: 15-04-2020, 09:39
Xəbəri paylaş



Xəbər lenti