Ədalət Muradovun ədalətsizliyi... - QALMAQAL
Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini Mövsümov Mir Valeh Seyidrza oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu məhkəməyə verib, buna səbəb isə ona məxsus torpaq sahəsinin zəbt edilərək orada qanunsuz işlərin aparılmasıdır. Rektorun bu qanunsuz hərəkətlərindən bezən Mövsümov Mir Valeh Seyidrza oğlu Prezident İlham Əliyevə müraciət də etmişdi. Həmin müraciət "Təzadlar"da dərc edilmişdir. Yalnız bundan sonra rektorun adamları M.Mövsümova zəng vuraraq danışıqlara getmək istədiklərini bildirmişlər. Məsələ ondadır ki, rektor Ə.Muradov M.Mövsümovun 3 özəlləşmə sənədi ilə sahib olduğu torpaq sahəsini zəbt edərək ADİU üçün tədris korpusu tikdirdirməklə, ona iki ildir olmazın əzablar yaşadır.
xxx
Bu gün (dünən -red.) isə M.Mövsümov "Təzadlar"a zəng vuraraq rektorun daha bir qanunsuz əməlindən Daxili İşlər Nazirliyinə zəng vuraraq şikayət etdiyini bildirdi:
-Bilirsiniz ki, koronavirus pandemiyası ilə bağlı ölkəmizdə sərt karantin rejimi tətbiq edilib. İş yerləri bağlanıb. Mən zəruri işimlə bağlı 8103-ə mesaj yazıb rektor Ədalət Muradovun mənə məxsus, şəxsi mülkiyyətim olan torpaq sahəmdə apardığı qanunsuz qazıntı və zəbtedilmə ərazisinə nəzarət etmək istədim. Bilirsiniz ki, Ədalət Muradovun bu qanunsuz əməlləri ilə bağlı məhkəmədə mülki iddia qaldırmışam, məhkəmə prosesi koronavirus rejimi ilə bağlı müvəqqəti dayandırılıb. Eləcə də rektora məhkəmə qərarı verilənədək bu qanunsuz əməlinə qadağa qoyulub. Təsəvvür edirsinizmi, özünü rektor hesab edən, özünü professor adlandıran Ədalət Muradov Prezidentin tapşırığı və sərəncamları ilə ölkədə tətbiq edilən rejimə əməl etməyərək mənə məxsus torpaq sahəsində özbaşınalıq edərək, karantin rejimini vecinə almalayaraq qazıntı işləri aparılmasına rəvac verib. Gördüm ki, rektorun 5-6 fəhləsi mənim torpağımda kanalizasiya çəkir. Bu nə özbaşınalıqdır, bu nə həyasızlıqdır? Fəhlələrə torpağın mənı məxsus olduğunu sübut edən sənədləri, məhkəmənin qərarını göstərib dedim ki, bu nə özbaşınalıqdır? Dedilər ki, Ədalət Muradov bizə belə tapşırıq verib. Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub Ədalət Muradovun qanunsuz əməlindən şikayət etdim.... Özü də fəhlələri maskasız işlədərək karantin rejimini pozmaqda idilər. Az sonra hiss etdim ki, onlara zəng gəldi... Onlar dərhal şələ-külələrini götürüb çıxıb getdilər. Mən bir daha həm də hüquq mühafizə orqanlarının rəhbərlərinə, xüsusən də Baş prokuror Zakir Qaralova müraciət edirəm: cənab Baş prokuror! Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, mənim mülkiyyət hüququmu kobud surətdə pozan rektor Ədalət Muradovun bu qanunsuz əməllərinin qarşısının alınması üçün aidiyyəti üzrə tapşırıq verin. Axı bu adam məndən nə istəyir? Biz bir tərəfdən dünyaya bəyan edirik ki, Ermənistan torpaqlarımızı zəbt edib, qanunsuz qazıntılar aparır... Bu biri tərəfdən isə Ədalət Muradov mənə məxsus torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri və qazıntı aparır! Bunu necə başa düşək??? Doğrudanmı Azərbaycanın qanunları Ədalət Muradov üçün deyildir?! Xahiş edirəm tədbir görün...
xxx
Bir daha qeyd edirik ki, şikayətçi M.Mövsümov bundan əvvəl Prezident İlham Əliyevə ünvanlı müraciətində rektor Ədalət Muradovun ona yaşatdığı müsibətlərdən danışmış, qəzetimizə geniş video müsahibə vermişdi. Mövsümov Mir Valeh Seyidrza oğlunun Prezidentə müraciətində deyilirdi:
-Çox Hörmətli cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi-190 ünvanda yerləşən torpaq sahəsi mülkiyyət hüququ üzrə mənə məxsusdur (çıxarışlar əlavə olunur). Azərbaycan Dövlət İqtisad Universitetinin sifarişi ilə tikinti şirkəti olan “UNİ KO” MMC burada Universitetin tədris binasının tikintisini həyata keçirir. Həmin tikinti nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsinə tərəf hissəsində mənim şəxsi mülkiyyətimdə olan torpaq sahəsinə qanunsuz olaraq darvaza və qapı açılmışdır, bununla da mənə məxsus torpaq sahəmə müdaxilə olunaraq, torpağım hazırda yol kimi istifadə olunur və bununla da şəxsi mülkiyyətimdə olan torpaq sahəmdən istifadə edə bilmirəm və mülkiyyət hüququm məhdudlaşaraq pozulmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mən rektor Ədalət Muradovla bir neçə dəfə görüşüb ona qanuni vəziyyəti izah etmişəm, o, az qala havalanaraq deyib ki, siz nə danışırsınız, belə qanunsuzluğa yol verməkmi olar? Və aidiyyəti üzrə işçilərinə tapşırıqlar verib. Lakin bir neçə gündən sonra məlum olub ki, həmin rektor məndən məhkəməyə şikayət verib. Deməli, bütün qanunsuzluqların başında Ədalət Muradov durur.
Cənab Prezident!
Ən pisi odur ki, rektor Ədalət Muradov Sizin və Mehriban xanımın adından sui-istifadə edərək məni qorxudur. Mən uzun illər «Komsomolskaya qəzeta»nın və «Arqumentı i faktı» qəzetlərinin Azərbaycandakı rəsmi nümayəndəsi olmuşam. Bilirəm ki, rektor Ədalət Muradov Sizin adınızdan sui-istifadə edir, bu isə yolverilməzdir. Axı Siz ədalət tərəfdarısınız, qanunsuzluğa yol vermiş Ədalət Muradovun tərəfində ola bilməzsiniz. Rektor deyir ki, guya universitetin yeni korpusunun açılışına Siz gələcəksiniz və ona görə də mən qanuni mülkiyyətimdən imtina edərək susmalıyam. Odur ki, hələki Azərbaycan mətbuatı vasitəsilə Sizə müraciət etməli oldum.
Onu da diqqətinizə çatdırıram ki, rektor Ədalət Muradovun bu qanunsuz hərəkətindən Yasamal rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə Espertizası Mərkəzinin ekspertinin verdiyi rəylərdən də aydın olur ki, mənim mülkiyyətimdə olan torpaq sahələri rektor tərəfindən necə zəbt edilib. Hətta Ədalət Muradovun məhkəməyə göndərdiyi müraciətlərdən də torpağımın zəbt edilməsi etiraf edilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi-190 ünvanda mülkiyyətimdə olan torpaq sahəmə qanunsuz olaraq açılmış dərvaza və qapının, həmçinin digər tikili və qurğuların rektor Ədalət Muradovun vəsaiti hesabına sökülüb ləğv etməklə, torpaq sahəmin əvvəlki vəziyyətinə gətirilməsi təmin edilsin, həmçinin torpağıma hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin rektorun üzərinə qoyulması barədə aidiyyəti üzrə tapşırıq verəsiniz.(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu


Tarix: 15-04-2020, 09:05
-
Bu gün, 18:02
Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?
-
Bu gün, 17:43
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - "Fərəcov da bizə kömək etmir..." - VİDEO
-
Bu gün, 17:40
"Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? - VİDEO
-
Bu gün, 12:36
Şirvan "103"də Nələr Baş Verir? – Rəhbər Özbaşınalığı Və Təhlükədə Qalan Həyatlar!
-
Bu gün, 12:34
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
-
Bu gün, 12:32
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
-
Bu gün, 12:31
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
Bu gün, 12:31
TƏBİB-də “Laboratoriya mafiyası” – ARAŞDIRMA
-
Bu gün, 12:29
Əsas məqsəd dəyişmir - "Azərlotereya"qazansın, vətəndaş isə ağılı varsa oynamasın...
-
Bu gün, 12:28
Mehriban xanım, Milli Onkologiya Mərkəzini rüşvət xərçəngindən XİLAS edin! -MÜRACİƏT
-
Bu gün, 12:28
"Öz qızına yiyə dura bilmədi, mənim oğlumu öldürdü" - 13 il əvvəl öldürülən Vüsal Şilderin anası DANIŞDI
-
Bu gün, 12:28
İbrahimovun başında durduğu xidmət... - Barəsində şikayətlər durmadan artır...
-
Bu gün, 12:27
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
Bu gün, 11:01
Hörmüz boğazı yenidən bağlanıb
-
Bu gün, 10:58
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
-
Bu gün, 10:54
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib