ABŞ-dakı “beyin mərkəzi”: “Minsk Qrupunun əvvəlki mandatla dirçəlişi mümkün deyil”


“Ermənistanla Azərbaycan arasında ikinci Qarabağ müharibəsi; onun Rusiyanın vasitəçiliyi ilə bitməsi; Rusiya Federasiyasının sülhməramlı əməliyyatının başlaması; Türkiyənin regional güc olaraq yüksəlişi - bütün bunlar ATƏT-in Minsk Qrupunun uğursuzluğunu nümayiş etdirdi”.

Musavat.com xəbər verir ki, belə bir qənaət ABŞ-dakı “beyin mərkəz”lərindən olan Ceymstaun Fondunun (The Jamestown Foundation) təhlili materialında yer alıb. Məqalədə daha sonra deyilir:

1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həllinə vasitəçilik etmək və çoxmillətli sülhməramlı əməliyyata nəzarət eləməklə bağlı mandat alan Minsk Qrupu 2009-cu ildən sonra öz şansını itirdi, daha 10 il mürgü vurdu və yekunda yuxarıda göstərilən hadisələr səbəbi ilə arxa plana atıldı – hansı hadisələri ki, əvvəlcədən görə və onlara təsir edə bilmədi.
Minsk Qrupunun son on ildə prosesdən kənarlaşması onun çatışmazlıqlarını ictimaiyyətdən gizlədirdi, lakin son müharibə və onun nəticələri bu qrupun əvvəlki mandatla, əvvəlki struktur və ideologiya ilə mövcudluğunu qeyri-mümkün etdi.


Moskva 2020-ci ildə müharibənin nəticələrinə öz hərəkətləri ilə təsir eləməklə Minsk Qrupunu üstələdi. 2009-cu ildə Vaşinqtonun kənarlaşdırılması Rusiyanın Minsk Qrupunda yan keçməklə sonrakı idarəçiliyinə stimul yaratdı. 44 günlük müharibə zamanı Vaşinqton və Paris (hər ikisi gözlənilməz hadisələrdən şoka düşərək) qərəzsizlikdən imtina edərək Ermənistanın tərəfini tutdu – nə barədə ki, rəsmi Parisin açıq şəkildə bəyan etmişdi. Həm Vaşinqton, həm də Paris müharibəyə Türkiyə ilə gərgin münasibətlər prizmasından baxmağa qərar verdi və bununla da Azərbaycanın ziyanına hərəkət etdi, eyni zamanda vasitəçilərin qərəzsizliyini təhlükə altına saldı.

Hazırda Minsk Qrupunun qərbli həmsədrləri meydançanı bərpa eləməyə çalışırlar. Cəhdi isə Vaşinqtonun dəstəyi ilə Paris edir. Hər iki hökumət, öz itirilmiş təsirinin heç olmasa, bir hissəsini Minsk Qrupunun köməyi ilə ¬- hələ açıq olan yeganə bu yolla geri qaytarmağı ümidlidirlər. Lakin onların bu kanala girişi həm də Moskvadan asılıdır, hansı ki, oynamaq üçün geniş vaxt və fürsətə malik tərəf kimi belə cəhdə gözləmə nöqteyi-nəzərindən baxır. Ermənistan həvəslə Fransa və ABŞ-ın təşəbbüsünü dəstəkləyir, Azərbaycan isə onların fəallaşmasına təcrübədən qaynaqlanan şübhə ilə baxır.
Yanvarın 14-də Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ABŞ və Fransanın Moskvadakı səfirlərini - Jon Sallivan və Piyer Levini qəbul etdi. Onlara Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Minsk qrupu çərçivəsində işin davam etdirilməsinin mümkünlüyü bağlı telefon danışıqları barədə məlumat çatdırıldı. Sanki Vaşinqton və Paris ümidli imiş ki, Rusiya Minsk Qrupunun fəaliyyətinin bərpası üçün Bakıya və İrəvana təzyiq göstərəcək.
ATƏT-in Minsk qrupu həmsədrləri Bakıya gəlib

Yanvarın 25-də Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədr ölkələri Bakıya və İrəvana vasitəçilərin mümkün səfəri planlaşdırmaq üçün səfirlər səviyyəsində görüşdülər. Qeyri-adi və hətta görünməmiş bir fakt: görüş Polşada keçirildi və bu, yer seçiminin izahı da verilmədi.
26-27 yanvar tarixlərində Fransa Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə Dövlət Katibi Jan-Batist Lemuan Bakı və İrəvana səfər etdi. Fransa rəsmisi Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə İkinci Qarabağ müharibəsi dövründə öz hökumətinin tutduğu qalmaqallı ermənipərəst mövqeyə görə faktiki Bakıdan üzr istədi: “Fransa hökuməti müharibə zamanı çətin vəziyyətə düşdü”, “Düzdür, anlaşılmazlıq yarandı, amma biz irəli baxmalıyıq” – Lemuan izah verdi və dəmir yolu tikintisi layihəsini “Alstom” fransız şirkəti adından təqdim etdi. Diplomat habelə Ermənistanın israr etdiyi, lakin Azərbaycanı istisna etdiyi Dağlıq Qarabağın “siyasi statusu” məsələsini xatırlatmaqdan nümayişkaranə şəkildə vaz keçdi. İrəvanda isə o, açıq şəkildə Paşinyan və xarici işlər naziri Ara Ayvazyanın “siyasi status” barədə danışmaq çağırışlarını dəstəkləmədi.
Tarix: 31-01-2021, 11:08
Xəbəri paylaş



Xəbər lenti