Cənubi Qafqazda yeni reallıq - Türkiyənin təsiri artır


Dağlıq Qarabağdakı müharibədən sonra Cənubi Qafqazda Türkiyənin nüfuzu güclənir, Qafqaz uğrunda mübarizə yeni mərhələyə keçir. Bu barədə tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyası Xalq Təsərrüfatı və Dövlət Xidməti İnstitutunun Şimali-Qafqaz filialının Tarix, hüquq və humanitar fənnlər kafedrasının professoru Fərman Quliyev bəyan edib.
Quliyevin qeyd etdiyi kimi, 2020-ci ilin əvvəlində, Amerika Birləşmiş Ştatlarında (ABŞ) Baydenlə Tramp Ağ Ev uğrunda mübarizə apardıqları bir vaxtda, Avropa isə Covid-19 epidemiyası səbəbilə sərhədləri bağlayanda hamımız Cənubi Qafqazda yeni yaranan reallığın şahidi olduq. Ekspert qeyd edir ki, bu reallıq Qarabağ müharibəsinin gedişində və böyük nisbətdə, Türkiyənin «Bayraktar» pilotsuz uçağının, Şuşaya hücum etmiş dağ-xüsusi xidmət qüvələrinin və bilavasitə Azərbayan Prezidenti İlham Əliyevin sayəsində yaranıb. Müharibənin gedişində Prezident müxtəlif auditoriyalar üçün üç dildə müsahibələr verməklə, emənilərin mediaimperiyasını qabaqladı.
«Türkiyə bölgədə münaqişənin tənzimlənməsi prosesində daha fəal iştirak etmək istəyir, bölgədə iqtisadi layihələrin reallaşdırılmasında maraqlıdır, bu layihələrin təhlükəsizliyini təmin etmək üçün o, bölgədə hərbi iştirakını təmin etməlidir» - Quliyev qeyd edib.
Türkiyə bölgədə möhkəmlənmək niyyətini gizlətmir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi mətbuat konfransında danışıb və bəyan edib ki, dayanıqlı barışa nail olandan sonra, Türkiyə və Azərbayan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar ata bilərlər. Quliyevin sözlərinə görə, bütün bunlar ondan xəbər verir ki, Türkiyə nəinki Cənubi Qafqazda, eyni zamanda bütün Yaxın Şərqdə əsas oyunçulardan biri olub və indi də onlardan biridir. Və bölgədə möhkəmlənmək üçün Türkiyənin və Azərbaycanın silahlı qüvvələri fevralın 1-dən Türkiyənin Qars əyalətində birgə təlimlərə başlayacaq.
Ekspert qeyd edir ki, bu münaqişədə Ermənistan ona ümid edirdi ki, Fransa tənzimləmə prosesində mühüm oyunçu olacaq, Yerevanda da Türkiyənin əvəzinə Fransanı görmək istəyirdilər. Üstəlik də Quliyev bildirib ki, Paris anti-Türkiyə siyasəti yeridir. Türkiyə burada de-fakto 4-cü tərəf olaraq, Azərbaycan, Rusiya və Ermənistanla bir sırada çıxış edir ki, bu da Ermənistanın xoşuna gəlmir. Ancaq Quliyev diqqəti ona yönəldir ki, məhz Rusiya ardıcıl siyasət yeridərək, beynəlxalq təhlükəsizliyin və sabitliyin strateji və bölgəsel səviyyələrdə qarantı kimi çıxış edir.
«Rusiya diplomatiyasının səyləri öz məhsulunu verdi. Əlbəttə, Rusiya bu vəziyyətdə Dağlıq Qarbağda situasiyanın sabitləşməsi istiqamətində tənzimləmənin Türkiyə ilə birgə koordinasiya olunması üçün hazır olduğunu təsdiqlədi. Rusiya Federasiyası üçün münaqişə zonalarında vasitəçilik fəaliyyəti bu ölkənin xarici siyasətində mühüm mexanizmlərdən biri olaraq qalır» - deyə, Quliyev qeyd edib.
O, həm də bildirib ki, ərazilərin Azərbaycana qaytarılması, üstəlik də reabilitasiya layihələrinin reallaşdırılması «İranla iqtisadi əlaqələrin tarixi inkişafını keyfiyyət baxımından yeni səviyyəyə qaldırır».
Türkiyə ilə bir sırada, İran da azad olunmuş ərazilərdə podrat işlərində iştirak etməkdə və buraya investisiyaların cəlb edilməsində ciddi niyyətlərinin olduğunu bildirir. Həm də bu günlərdə Azərbaycan və İran birgə dəmir yolu layihələrinin icrası və magistral avtomobil yollarının birləşdirilməsi üzrə bir sıra layihələr imzalayıblar.
Sərhəddə (Astarada) yeni avtonəqliyyat terminalının yaradılması müzakirə olunur, həm də sərhəddə yeni avtomobil yolu körpüsünün tikilməsi üzrə saziş əldə olunub. Bu körpü Bakı-Astara şossesini Ərdəbil-Rəşt avtomagistralı ilə birləşdirəcək. Təxminən, fevralda Astarada uyğun saziş imzalanacaq. Bakı və Tehran Astara nəqliyyat qovşağı ilə birlikdə azad olunmuş ərazilərdə yeni keçid məntəqələrinin yaradılmasını planlaşdırır. Xüsusilə, söhbət nəqliyyat sferası üzrə yaxın perspektivdə Naxçıvan Muxtar Respublikasından gələn dəmir yolu xəttinin Təbriz-Xaveran polad magistralı ilə birləşdirilməsindən gedir. Həm də yaxın gələcəkdə Araz çayı üzərindəki körpünün rekonstruksiyasının həyata keçirilməsi və Xudafərin gömrük-nəzarət məntəqəsinin işinin bərpa olunması planlaşdırılır. Bu, Qarabağın bərpasında iştirak edəcək İran şirkətləri üçün avadanlıqların, materialların və texnikaların nəqli məsələsində mühüm rol oynayacaq.
Beləliklə, Quliyev qeyd edir ki, Dağlıq Qrabağdakı müharibənin nəticəsində Cənubi Qafqazda Türkiyənin təsiri güclənir, Qafqaz uğrunda mübarizə isə yeni mərhələyə qədəm qoyur.
«Bu bölgədə Türkiyənin güclənməsi heç cür Rusiyanın milli maraqlarına uyğun gəlmir. Ona görə də Rusiya bu gün yeni reallığı nəzərə almalı və milli təhlükəsizliyinin təmin olunması istiqamətində siyasət həyata keçirməlidir» - Quliyev hesab edir.
Açıq-aydın görünür ki, Rusiya sakini olan cənab Fərman Quliyev bölgəmizdə baş verənlərdən məyus olur və «Roma papasından artıq katolik olmaq» yolunu tutub.AzPolitika.info

Tarix: 23-01-2021, 08:32
Xəbəri paylaş



Xəbər lenti