“Co Baydenin vəzifəsinin icrasına başlaması ABŞ xarici siyasətində müəyyən dəyişikliklərin və prioritet istiqamətlərinin yeniləcəyi barə çoxlu subyektiv fikirlər var. Məsələyə ABŞ dövlətinin ümum siyasətinə geniş kontekstdən yanaşmaq daha düzgün olardı. ABŞ-ın müasir dövrümüzün ümumi siyasi idarə üsulunun dəyişməzliyinə görə ən qədim dövlətlərdən biri olduğunu unutmamalıyıq. Bəli, ABŞ siyasətində korreksiyalar olub, ancaq ümumən siyasətinin mahiyyəti dəyişməz olaraq qalıb.Kimin hakimiyyətdə olmasından aşlı olmayaraq ABŞ ənənəvi siyasətini davam etdirib. ABŞ dövlət başçısı baxışından, kimə və ya nəyə meylindən asılı olmayaraq cızılmış xətt daxilindən kənara çıxmaq imkanında olmayıb və həmin xətt daxilində mümkün manevrlər edib. ABŞ-ın ümumən xarici və daxili siyasətinin dəyişməz qalmasının ən əsas səbəbi, onun dövlət quruculuq konstruksiyasının və özünə məxsus idarə üsulunun özəlliyidir. Əlbəttə unutmaq olmaz ki, ABŞ dövlətinin mayası yerli xalqların soyqırımı, aparteid, güzəştsiz kapitalizm, vəhşi qərb, ancaq mənfəət, aqresiya, sui-qəsdlər, şovinizm və sair bu kimi anlayışlardan yoğurularaq indiki halını almışdır. Qısası ABŞ dövlətinin mahiyyəti başqa xalq və dövlətlərin bədbəxtliyi üzərində öz xoşbəxtçiliyini təmin etməkdir. ABŞ dövləti müasir dövrümüzdə də bu ideyaya ən çox sadiq qalan ölkədir. Ancaq dünya üçün ən təhlükəli dövlət real olaraq Çin dövlətidir. Rusiya aqressiv siyasətinə baxmayaraq özü yem rolunda hədəfdədir. “
Neqativ.com bildirir ki, bunu hüquqşünas
Vüqar Dadaşov ABŞ-ın yeni seçilmiş prezidenti CO Baydenin xarici siyasətinin prioritetləri barədə danışarkən deyib. Hüquqşünas fikirlərini belə davam etdirib:
“Hər bir halda, ABŞ-ın yeni prezidenti Co Baydenin müəyyən siyasi hədəfləri barədə proqnozlar mümkündür. İlk öncə bizi narahat edən məqam, onun Azərbaycana və Türkiyəyə qarşı aqressiv siyasətinin mümkünlüyüdür. Hesab edirəm ki, Bayden administrasiyası Türkiyə qarşı siyasətini təzyiq və danışıqlar tərəzisi ilə aparacaq. Rusiya-Türkiyə əməkdaşlığı Baydeni Türkiyəyə qəti təzyiq etməkdən çəkindirəcək və bu sahədə ABŞ manipulyasiyalardan geniş istifadə etməklə Rusiya-Türkiyə münasibətlərinin pozulmasına çalışacaq, ancaq Türkiyəni tamamilə itirmək qorxusu və Rusiya –Türklüyə ittifaqının tam formalaşması ehtimalı ABŞ-ı Türkiyəyə qarşı olduqca ehtiyatlı davranmağa məcbur edəcək. Başqa bir vacib məqam odur ki, artıq Türkiyə dünya dövlətləri arasında hərb sənayesi istiqamətdə ilk üçlüyə daxil olub. Bu fakt isə, dünya dövlətlərinin Türkiyəyə qarşı siyasətini müəyyənləşdirən vacib amilə çevrilib. Türk ordusunun döyük qabiliyyəti və döyüş ruhunun dünyada ən yüksək səviyyədə olması və şəxsi hərb sənayesi fonunda ABŞ başda olmaqla hər bir dövlətin Türkiyəyə qarşı siyasəti olduqca hesablanmış və ehtiyatlı olacaq. Son dövrlərin geosiyasi proseslərin gedişi isə onu göstərir ki, Rusiya Türkiyənin artan gücünü ilk hiss edib və vəziyyəti düzgün qiymətləndirərək Türkiyə ilə anlaşa bilib. Məhz bu anlaşma ABŞ-ı daha çox narahat edir.
O ki, qaldı ABŞ-ın Bayden administrasiyasının İran siyasətinə, hesab edirəm ki, bəzilərinin ABŞ-ın İrana hərbi müdaxiləsi və ya onu dağıtmaq istəyi barədə fikir və rəyləri əsasızdır. Ona görə ki, Qərb və o cümlədən ABŞ İranı Türkiyəyə qarşı real dayandırıcı güc hesab etdiyindən Türkiyənin beynəlxalq gücünün və nüfuzunun artması fonunda İranın daha da zəifləməsinə maraqlı ola bilməz. İranın zəifləməsi Türkiyənin və Azərbaycanın daha da güclənməsi deməkdir. Yeri gəlmişkən İranın zəifləməsi Rusiya maraqlarına da uyğun deyil ona görə ki, Türkiyə və Azərbaycan amili, Xəzəryanı dövlətlərin güclənməsi, orta Asiyaya və Hind körfəzinə maneəsiz çıxış və hər iki istiqamətdə enerji daşıyıcılarının tranzitinin mümkünlüyü Rusiyanın İrana sevgisini məcburi edir. Bu baxımdan, müasir geosiyasi vəziyyətdə ABŞ və Rusiyanın İran siyasətində maraqları üst-üstə düşür. Düşünürəm ki, ABŞ və Qərb üçün İran teokratik dövlət , xalqların böyük həbs xanası kimi daha asan hədəfdir. Ancaq Türkiyə, ABŞ, Qərb və Rusiya üçün
daha böyük və çətin hədəfdir. Odur ki, İran indiki geosiyasi vəziyyətdə ABŞ-ın hədəfi ola bilməz. Hesab edirəm ki, Bayden administrasiyası İranla (gizli və ya aşkar) danışıqlara gedəcək.
Müasir dövrümüzün ən təhlükəli ölkəsi məhz Çindir. Bu qırmızı əjdaha Rusiyanın başlıca problemi olaraq qalır. Baxmayaraq ki, ilkin görünüşdən Rusiya Çin münasibətləri siyasi müstəvidə yaxşı görünüşə malikdir. Ancaq həqiqət budur ki, Çin Rusiyanın ərazilərinə “sülh ekspansiyası” formasında girməkdə davam edir və atıq bu hal idarə olunmaz həddə çatıb. Hələ ki, Rusiya bunun qarşısını ala biləcək plana və gücə malik deyil. Yer gəlmişkən ABŞ, Çinin Rusiya ərazilərinə “sülh ekspansiyasına” qarşıdır. ABŞ Rusiyanın geniş ərazilərinə dair öz dövlət siyasətini müəyyən edib və bu artıq gizli bir fakt da deyil. Sözsüz ki, Bayden administrasiyasının ən vacib gizli və ya aşkar hədəfi məhz Çindir. Nəzərə alsaq ki, Çinin uyğur və müsəlmanlara qarşı siyasətinə açıq-aşkar etiraz edən və hətta faktiki olaraq onu hədələyən yeganə dövlət məhz Türküyədir, o halda da görünür ki, Türkiyə ilə ABŞ-ın maraqları ən vacib olan sahədə bir-birini tamamlayır.
Yeri gəlmişkən Çinin uyğurlara və yerli müsəlmanlara qarşı faktiki soyqırım siyasəti məhz Çinin dünya xalq və dövlətlərinə təhlükəsinin açıq görünən tərəfindir. Son günlərdə isə ABŞ dövləti Çinin uyğur və müsəlmanlara qarşı apardığı siyasətini soyqırım adlandırması heç də təsadüfi deyil və ya müsəlmanlara qarşı sevgisindən irəli gəlmir. Myanmada isə müsəlmanların kütləvi qırğınlarının ört-basdır edən və Myanma hakimiyyətinə beynəlxalq siyasi dəstək verən məhz Çin dövlətidir.
O ki, qaldı Baydenin Azərbaycana qarşı siyasətinə, hesab edirəm ki, Bayden administrasiyasının Ermənistan Azərbaycan münasibətləri fonunda, Azərbaycana qarşı siyasətinin kəskin xarakter alacağını proqnozlaşdıranlar yanılırlar. Bu yanlışlıqlara yol verənlər ilk növbədə ABŞ-ın geosiyasi maraqlarını Ermənistan maraqları ilə eyniləşdirənlərdir. Ermənidən daha çox erməni olan Makron Fransa dövlət maraqlarına rəğmən Azərbaycana qarşı hüquqi və siyasi təzyiq siyasətindən geri çəkildi baxmayaraq ki, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyinə ritorik səviyyədə sonralar da tez-tez rast gələcəyik. Bəs ABŞ necə, öz geosiyasi maraqlarını Ermənistana qurban verəcək? Bu heç inandırıcı görsənmir . Ermənistan Qərb və ABŞ-ın düşməni Rusiyaya faktiki hərbi və siyasi müttəfiq olmasına baxmayaraq, Qərb Ermənistan Azərbaycan qarşıdurmasını xristian-müsəlman qarşıdurması kimi dəyərləndirir və bu baxımdan xristian təəssübkeşliyi kimi hisslər önə çıxır, ancaq həmin xristian dövlətləri üçün Avropanın enerji təchizatı, enerji təhlükəsizliyi həyati vacib məsələdir. Avropanın Rusiya enerji monopoliyasının real çıxış yollarından ən effektlisi məhz Azərbaycandan və Azərbaycan üzərindən olan enerji layihələridir. Dünən Türkmənistan ilə Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” yatağından birgə istifadə edilməsi barəsində memorandumun imzalanması Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artması ilə Azərbaycanı dünya nəhəngləri üçün olduqca vacib və deyərdim ki, məcburi tərəfdaşa çevirib. Təsəvvür edək ki, Azərbaycanın sahibi olduğu enerji layihələri üzrə Xəzəryanı ölkələrin enerji daşıyıcı ehtiyatlarının Avropaya ixracı ümumilikdə hansı nəticələri verir: Avropanın enerji təhlükəsizliyi, Rusiyanın Avropaya “qaz siyasəti”nin zəifləməsi, Xəzəryanı və Orta Aşıya dövlətlərin Rusiya təsir dairəsindən çıxması, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların səmərəliyinin artması və sair. Yeri gəlmişkən qeyd edim ki, tezliklə Avropa və ümumilikdə Qərb dünyası Ermənistanın da Xəzəryanı, Orta Asiya və ümumiyyətlə regiondan qlobal layihələrdə iştirak etməsində maraqlı olduqlarını büruzə verəcəklər. Əlbəttə ki, bu məsələlər Ermənistanın Azərbaycana və Türkiyə qarşı siyasətinin köklü dəyişməsindən və rəsmiləşməsindən sonra mümkündür, ancaq hər bir halda ABŞ və Qərb dünyası Ermənistanı Rusiya təsir dairəsindən çıxarmaq üçün bu variantdan da istifadə edəcəyi məlumdur. Digər tərəfdən bu variantın mümkünlüyü Ermənistan ilə Azərbaycan və Türkiyə münasibətlərinin yaxınlaşması Rusiya sülhməramlılarının Azərbaycanda Qarabağda qalmasını əhəmiyyətsiz hala gətirir. Təbii ki, ABŞ və Qərb dövlətləri də rus ordusunun Azərbaycanda mövcudluğunu öz maraqlarına təhdid sayır.
Qeyd edilənləri nəzərə alaraq əminliklə demək olar ki, Bayden administrasiyasının Azərbaycana qarsı siyasətində Azərbaycan maraqlarına zədə verə biləcək dəyişikliklər gözlənilmir.”
Neqativ.com
Tarix: 22-01-2021, 19:42