Vüqar Dadaşov: Milli Məclisə növbədənkənar seçkilər keçirilə bilər


Tanınmış hüquqşünas, Qarabağ qazisi, AJB-nin üzvü, publisist, politoloq, VI çağırış Milli Məclisə deputatlığa namizəd Vüqar Dadaşov Azərbaycanın Respublikası Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü barədə çıxış edib.
Həmin yazını olduğu kimi təqdim edirik.

“09.02.2020-ci il tarixdə keçirilmiş növbədənkənar Parlament seçkilərinin sözün həqiqi mənasında ümumilikdə arzu olunan nəticəni vermədi, xalqımızın və dövlətimizin ümidlərini doğrultmadı. Aldığımız nəticə, bir sıra obyektiv və subyektiv səbəblərlə izah edilə bilər.
Son dövrdə ölkəmizdə gedən proseslər deməyə əsas verir ki, VI çağırış Milli Məclisin buraxılması və yeni növbədənkənar seçkilərin keçirilməsi ehtimalını artır.
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə səbəb, əsas və işarə kimi, bir neçə məqamları qeyd etmək olar.
Ölkəmizdə 09.02.2020-ci il tarixdə keçirilmiş növbədənkənar Parlament seçkiləri ümumiyyətlə Azərbaycan Respublikasında nəzərdə tutulmuş siyasi və struktur islahatların bir hissəsidir. Start verilmiş İslahatların tərkibi və ayrılmaz hissəsi kimi, Məhkəmə-hüquq sistemində də bir sıra struktur dəyişikliklərin şahidi olduq. İslahatların və proseslərin daha effektli və lazımı nəticələri verməsi üçün sözsüz ki, köhnə, oturmuş yüksək vəzifəli məmurların yaratdığı özünə məxsus idarəçilik sisteminin müasir beynəlxalq siyasi düzənə və ölkə daxili tələblərə uyğunlaşdırılması ümdə məsələlərdəndir. Bu baxımdan, yüksək postlar tutan “Ağır çəkili” məmurların vəzifədən uzaqlaşdırılması, başladılmış islahatların yolunun açılması idi. Korrupsiyaya qarşı aparılan mübarizənin dairəsinə, “toxunulmaz” yüksək vəzifəli məmurların, nazirlərin, icra başçılarının və sair aid edilməsi həqiqətən, ölkədə siyasi islahatların vacibliyi və təxirə salınmasının mümkünsüzlüyünun sübutudur.
Ancaq, məsələ göründüyündən də daha çətin və ağırdır. Cənab Prezidentin qeyd etdiyi kimi, xarici dövlət maraqlarına xidmət edən məmurlar, yaratdığı dövlət daxilində “dövlətin” mövqeyini itirmək istəmirlər, ölkədə xaos, hərc-mərclik və hətta hakimiyyət dəyişikliyinə belə getməyə hazırdırlar. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 24 il bu vəzifəni icra edib və vəzifəsindən heç bir il deyil ki, uzaqlaşdırılıb. Gizlədiləsi də deyil ki, yüksək vəzifələrə təyin olanların əksəriyyəti də məhz “boz kardinal”ın kadrlarıdır. Hal-hazırda da vəzifələrini icra edən bir sıra icra başçılarının da çoxları məhz Ramiz Mehdiyevin adamlarıdır.
Gəlin açıq danışaq, böyük narazılıqlarla və “ağ nəticələri” ilə şok effekti yaradan 2020-ci il Parlament seçkiləri əsl həqiqətdə xeyirlə şərin mübarizəsi idi. Haqq üçün qeyd edək ki, müəyyən dairələrdə deputatların müəyyən qismi xalqın iradəsinin nəticəsi kimi seçilib. Ancaq ki, doğruda budur ki, seçilən deputatların əksəriyyəti yerli icra başçılarının tapşırığı əsasında seçilib. O, icra hakimiyyətləri hansı ki, onların icra başçısı kimi təyinatı Ramiz Mehdiyevin kanalı ilə keçib və təbii ki, seçilən deputatlarda Ramiz Mehdiyevin könlünü xoş edənlər və Rusiya meyilliləridir. Kimliyindən və siyasi mənsubiyyətindən aşlı olmayaraq, biz əgər həqiqətən vicdanımızla düşünüb qərar veririksə, bu faktı aksioma kimi, heç bir kəs inkar etməməlidir.
Fikir verin seçki öncəsi və prosesdə Cənab Prezident dəfələrlə bu seçkinin tamamilə şəffaf və ədalətli keçəcəyini bəyan etmişdi və gəncləri seçkidə iştirak etməyə çağırmışdı. Vəziyyətdən narahat olan “boz kardinal”çılar hər vəclə Milli Məclisdə mövqelərini itirməmək üçün vaxtı ilə rayonlara başçı kimi təyin etdirə bildikləri qullarının hesabına, ağıla gəlməz qanun pozuntuları ilə müəyyən nəticə əldə edə bildilər. Qeyd edilənləri təsdiq edən və ictimaiyyətə təqdim edilən saysız hesabsız sübut bazaları: foto, video, səs yazıları, şahid ifadələri, internet canlı səsvermə və sorğu nəticələri var. Müəyyən səbəblərdən ictimaiyyətə və hüquq-mühafizə orqanlarına təqdim edilməyən ancaq, təkzibi və inkarı mümkün olmayan əlavə sübutlarında mövcudluğu təbii ki, dövlət xüsusi orqanlarına məlumdur. Düşünürəm ki, hakimiyyətin start verdiyi islahatların tam miqyasda həyat keçirilməsi üçün Milli Məclisdən “müxtəlif meyllilərin”, “vassalların” və “təyin edilənlər”in təmizlənməsinin aparılması siyasi ehtiyaca çevirib.
Digər bir məqam, siyasi partiyaların dövlət qeydiyyatına alınması Milli Məclisə yeni seçki ehtimalının artırır. Hələ 2011-ci ildə axırıncı dəfə siyasi partiya Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) qeydiyyata alınmışdı. 09.02.2020-ci il tarixli növbədənkənar Parlament seçkilərindən sonra isə 5 (beş) siyasi partiya qeydiyyata alınıb və bir neçə siyasi partiyalarında qeydə alınması gözlənilir. Qısa zaman müddətində çoxlu siyasi partiyaların dövlət qeydiyyatına alınması məsələsi, siyasi partiyaların siyasi proseslərdə iştirakının təmini deməkdir və təbii ki, siyasi partiyaların siyasi mübarizəsi seçkilərdən keçir. Bu halın özü də ehtimal yardır ki, yeni parlament
seçkilərinə hazırlıq gedir və bu növbədənkənar seçkinin əsasən partiya sistemi əsasında aparılması nəzərdə tutulur.
Bildiyimiz kimi, seçkinin nəticələri dörd dairədə ləğv edilib və qanuna müvafiq olaraq yeni seçkilər keçirilməlidir. Bu gün beş dairə (deputat Fəttah Heydərov dünyasını dəyişib) deputatsız və ya nümayəndəsizdir. (Hal-hazırda Milli Məclisdə 125 deputat əvəzinə 120 deputat fəaliyyət göstərir, lal və kar deputatları nəzərə almasaq bu say çox azdır) Xeyli vaxt keçməyinə baxmayaraq həmin dairələrə seçkilər təyin edilməməsi, ümumilikdə yeni növbədənkənar seçkilərin keçirilməsi ehtimalını artırır.
Müstəqil Azərbaycanımızın torpaqlarının Ermənistan sifəti ilə Rusiya ilə tərəfindən işğalı, beynəlxalq geosiyasi vəziyyət, Türkiyənin dünyada artan nüfuzu, Türkiyə-Azərbaycan müttəfiqliyi, oliqarx məmurların talançılığı və ən nəhayət dünya bazarında enerji daşıyıcılarının qiymətdən düşməsi, Pandemiyanın yaratdığı maneələri aşmaq üçün ölkənin qanunverici hakimiyyətinin daha da operativ, ağıllı, uzaqgörən fəaliyyəti mütləqdir. Ancaq, Milli Məclisin indiki tərkibi effektiv və tam əhəmiyyətli funksionallığı tam təmin edə bilmir. Milli Məclisdə hüquqşünaslara, iqtisadçılara ehtiyac özünü görsədir. Bu baxımdan Milli Məclisdə səsi gələn, sözün əsl mənasında Millət vəkili adına layiq olan deputatlar bir əldə olan barmaq sayı qədərdir. Axı, bu Milli Məclis ancaq, Razi Nurullayevdən, Vahid Əhmədovdan və bir neçə digər deputatdan ibarət deyil.
Hesab edirəm ki, yuxarıda qeyd etdiyim hallar Milli Məclisə yeni seçkilərin keçirilməsinə zəmin yaradıb və düşünürəm ki, növbədən kənar Parlament seçkilərinin keçirilməsi çoxda uzaq zaman məsələsi deyil.
Qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aiddir və Cənab Prezident məqbul hesab etdiyi vaxtda müvafiq Sərəncam imzalaya bilər.”

Siam.az
Tarix: 26-08-2020, 13:57
Xəbəri paylaş



Xəbər lenti