Bərdədən tükürpədici səs yazısı: "Cənab Prezident, Vidadi İsayevin işçiləri bizi qırır" - VİDEOMÜRACİƏT


Bərdə şəhəri məmur özbaşınalığı altında inildəməkdədir. Özünü şəhərin hökmdarı kimi aparan icra başçısı Vidadi İsayev və ətrafındakılar əhalinin gününü "göy əskiyə büküb". 

Son zamanlar isə icra başçısının qohum-əqrəbası, Mənzil İstismar İdarəsində (JEK) və digər təsərrüfatlarda vəzifə tutan yaxınları adamları haqda kütləvi şikayətlər gəlməkdədir. Xüsusən də "JEK"də rəis müavini olan İldırım Quliyev," Kommunal Müəssisələr Kombinatının rəhbəri Natiq Qasımov və Kommunal Təsərrüfat Birliyinin rəisi Rauf Qafarov barəsində narazılıqlar var ki, bu da Bərdədə ciddi gərginliyə səbəb olur. Son olaraq Bərdə sakini Sevinc Hüseynovanın Anaxeber.info-a etdiyi müraciətdə və özünün səs yazısında tükürpədici faktlar açıqlanıb, bu da Vidadi İsayevin komandasının hansı qanunsuzluqlara yol verdiyini, insanların başına hansı zülmləri gətirdiyini sübut edir. Sevinc Hüseynova saytımıza deyib ki, 2021-ci ildən Dost İş mərkəzində çalışıb və bu idarə "JEK"ə tabedir. Onun sözlərinə görə, 2024-cü ildən işə getdiyi halda maaşı kəsilməyə başlayıb. Bununla əlaqədar şikayət etdikdə "JEK" müdirinin müavini İldırım Quliyevin təhdidləri, təhqirləri ilə üzləşib. Şikayətçi bildirib ki, hamının gözü qarşısında ona nalayiq sözlər deyilib, İldırım Quliyev isə baş verən davanın videosunu çəkib, sonra qadını tutdurub. Sevinc Hüseynova 9 sutka inzibati həbs cəzası alıb. Onun sözlərinə görə, Bərdədə belə haqsızlıqlar baş verir və bütün bunlara icra başçısı Vidadi İsayevin adamları tərəfindən yol verilir. O, çıxışında əlavə edib ki, səsini çıxaranı əzirlər, sındırırlar, müxtəlif təhdid və təhqirlərə məruz qoyurlar. S. Hüseynova işçilərin gah icra başçısının bağında, gah həyətində qul kimi işlədildiyini açıqlayıb. O, işdən çıxarıldığını bildirib. Deyib ki, kim onların xoşuna gəlməyən söz deyəndə təzyiqə məruz qalır, amma məmurların, başçının həyətində işləməyə razı olanlara, yaltaqlıq edənlərə toxunmurlar. S. Hüseynova qeyd edib ki, 4 aydır maaş almadıqları üçün bir dəfə şikayətə gediblər. Bundan sonra Vidadi İsayev onların üstünə PPX maşınları göndərib və onları idarəyə aparıblar: "O vaxt rəis İlqar Məmmədov idi. Dedi, nə məsələdir? Qayıtdım ki, 4 aydır acıq, ölürük, soruşan yoxdur. Maaşımız verilmir. Rəis özü məəttəl qalmışdı, dedi, çıxın gedin. Yəni Vidadi İsayev və adamları bu işlərə əl atırlar. 2019-cu ildə də bizi polisə apartmışdı. Biz artıq burda yaşaya, dözə bilmirik. Bizə bir sığınacaq verilsin, çıxaq gedək". Anaxeber.info həmin səs yazısını sizə təqdim edir: 


Azər Talıbov

Anaxeber.info 

Tarix: Bu gün, 09:29
Xəbəri paylaş



Xəbər lenti