Redaksiyamıza xaricdən daxil olan sənədlər Samir Mollayevin (SOCAR-AQŞ-nin indiki Baş direktoru) xüsusilə külli miqdar təşkil edən mənimsəmə, oğurluq, rüşvətvermə və korrupsiya əməllərini tam sübuta yetirir. Bu sənədlər, səs yazıları, məktublaşmalarla tanış olduqda məlum olur ki, Samir Mollayevin bacardığı yeganə iş oğurluq etmək və rüşvət verməkdir!
Kimdir Samir Mollayev? – Samir Mollayev daha çox Ellada Alışovanın əri kimi tanınır, nəinki neftçi kimi. Ellada Alışova uzun illər Nobel Oil (indiki Nobel Energy) şirkətində Kadrlar Şöbəsinin müdürü işləyib və 2018-ci ildə əri Samir Mollayevi “seçərək” Nobel Oil-a işə götürür. Çünki, uğursuz işçi olan Samir Mollayev həmin vaxt BP-dəki işindən qovulmuşdu, arvadı onu öz qanadının altına aldı və ona iş verdi. 2020-ci ildə SOCAR-AQŞ MMC-nin qurucusu Ramin İsayev Yusif Cabbarovun (NEQSOL Holding-in Baş İcracı direktoru, səhmdar Nəsib Həsənovun nümayəndəsi) korrupsiya əməllərinə etiraz edərək, öz ərizəsi ilə işdən getdikdən sonra, Ellada Alışova özünün Nəsib Həsənovla əlaqələrindən istifadə edərək, ərini - Samir Mollayevi SOCAR-AQŞ MMC-nin Baş direktoru vəzifəsinə təyin etdirir və təxminən bir il özü SOCAR-AQŞ-ni faktiki idarə edir, çünki, Samir Mollayevdə heç bir rəhbər keyfiyyət yoxdur. Samir Mollayevdə heç bir rəhbər keyfiyyəti olmadığı üçün, Ellada Alışovanın tapşırığına əsasən, Samir Mollayev başlayır SOCAR, Azneft, Ümid-Babək Əməliyyat şirkəti, BP və Turan Birgə Müəssisəsində rəhbər şəxsləri rüşvətlə ələ almağa. Qeyd etdiyimiz kimi, sənədlərlə tanış olanda dəhşətə gəlirsən ki, Samir Mollayevin oğurluq etməkdən və rüşvət verməkdən başqa heç bir fəaliyyəti olmayıb! Ellada Alışovanın himayəsində və idarəçiliyi altında olan bacarıqsız menecer Samir Mollayev ancaq rüşvət vermək hesabına vəzifədə qala bilir.
Samir Mollayevin ilk rüşvət əməli, 2020-ci ilin dekabr ayında (Baş Direktor olduğu aydan sonra) Ümid-Babək Əməliyyat şirkətinin qazma üzrə müavini Nəvai Məmmədova 2400 manat dəyərində saat və 50 min dollar rüşvət verməsi olub. Nəvai Məmmədovun bu deyilənləri təsdiq edən səs yazısı əlimizdə var.
Samir Mollayevin növbəti rüşvətvermə, saxtakarlıq və korrupsiya cinayəti barədə əlimizdə ciddi fakt və sübutlar var. Belə ki, Samir Mollayev, Azneft İstehsalat Birliyində Baş direktorun Qazma işləri üzrə müavini Elvin Nəsibova təklif edir ki, saxta sənədlər tərtib etsinlər və 23 milyon ABŞ dolları pulu Azneftdən oğurlayıb SOCAR-AQŞ MMC-yə ödəsinlər. Samir Mollayev Elvin Nəsibova söz verir ki, oğurlanan pulun 10%-i və Lexus cip maşınını Elvin Nəsibova verəcək. 2021-2022-ci ilin əvvəlində bu əməliyyat reallaşdı, 23 milyon ABŞ dolları (39 milyon 100 min manat) pul Azneftdən oğurlandı və SOCAR-AQŞ-yə ödənildi. Lakin, Samir Mollayev Elvin Nəsibova verdiyi sözə əməl etmədi: 10% pul Elvin Nəsibova verilmədi, Lexus cip maşını əvəzinə isə, Hyundai cip maşını verildi. Bu səbəbdən Elvin Nəsibov ilə Samir Mollayev arasında gərginlik yaşandı, lakin tez barışdılar və yenə 2023-cü ildə 11 milyon dollar pulu saxta müqavilə və sənədlərlə Azneftdən oğurladılar və 10% pay Elvin Nəsibova verildi.
Belə korrupsiya, oğurluq və rüşvət vermə halları onlarla ədəd mövcuddur. Samir Mollayevin korrupsiya və oğurluqları qan dondurur. Arvadının himayəsində yaşayan bu ünsürə kim icazə verib ki, SOCAR, Azneft, UBOC, Turan Birgə Müəssisəsi, BP və KCA Deutag kimi vacib şirkətləri rüşvət və oğurluq meydanına çevirib?! Biz növbəti məqalələrdə bu qorxaq və həyasız oğru, korrupsioner Samir Mollayev haqqında daha çox məlumatlar və sənədlər təqdim edəcəyik. Yalnız bir faktı burada qeyd edək: 2021-ci ildə Samir Mollayev və SOCAR-AQŞ-nin Maliyyə Direktoru Fuad Behbud maliyyə sənədlərini saxtalaşdıraraq, “Sair Xərclər” adı altında 204 (iki yüz dörd) milyon manat pul oğurlayıblar.
Bu dəhşətli dərəcədə böyük rəqəmdir: bu oğurlanan pul dövlətə qaytarılsa idi, 40 (qırx!) min müəllimin maaşını iki dəfə artırmaq mümkün idi. Samir Mollayev, Fuad Fehbud, Yusif Cabbarov və Vüqar Səmədlinin belə oğurluqlar və rüşvət vermələri o qədər çoxdur ki, ən azı 70-80 məqalədə tam təsvir edə bilər. Növbəti məqalələrdə sənəd və sübutlara istinadən bu şəxslərin Azərbaycan, Türkiyə və İraqdakı əməllərindən bəhs edəcəyik.
Yeri gəlmişkən, NEQSOL Holding-in Təhlükəsizlik menecerləri Cavid Hümbətov və Tofiq Qəmbərovun təqdim etdikləri sənədlərə görə, Samir Mollayevin arvadı Ellada Alışovanın Nobel Oil, Glensol və Prokon şirkətlərində işçi işə götürmə əməliyyatlarında 1,7 milyon dollar pul oğurluğu aşkar edilib. Lakin Nəsib Həsənov və Yusif Cabbarov Ellada Alışovanı himayə edərək, məsuliyyətdən yayındırıblar və hətta AZAL şirkətinə kadrlar üzrə Direktor təyin etdiriblər. Sübutlar əlimizdədir.
Bəs görəsən Azərbaycanın və Türkiyənin hüquq-mühafizə orqanları Samir Mollayev, Fuad Behbud, və Ellada Alışova kimi oğru və rüşvətxorları niyə dayandırmır? Onları hansı şəxs himayə edir?! Bizimlə qalın...