Ədliyyə sistemində NOTARİUS HOQQABAZLIĞI... - İTTİHAM
Respublikada və paytaxt Bakıda barmaq hesabı saya gələn qədər notariat kontorları vardır ki, sanki onların qarşısında “yaşıl işıq” yandırılıb. Hansı dələduz kimin başına oyun açmaq istəyirsə, öz niyyətini məhz həmin notariuslar vasitəsilə həyata keçirir. Hansı daşı qaldırırsan, altından həmin notariusun adı çıxır. Belələrindən biri də Bakı şəhəri Xətai rayonu 6 saylı Notariat ofiisinin xüsusi notariusu İmanov Ərəstun Loğman oğludur. Adam əlləm-qələm” işləri həyata keçirmək üçün qarşısında heç bir qanun sərhədi tanımır. Bu günlərdə Dəryaz qəzetinin redaksiyasına daxil olnmuş məlumatda bildirilir ki, 6 saylı Notariat ofisinin rəhbəri şəxsiyyət vəsiqəsi təqdim etməyən mülkiyyətçinin adından başqa şəxsə əmlak etibar edilməsini təsdiqləyib. Əsas kimi baş etibarnamə verənin (Məmmədov Arif Qabil oğlu) şəxsiyyət vəsiqəsini deyil, sürücülük vəsiqəsinin rekvizitlərini götürüb. Bundan başqa, etibarnamə verilən şəxsin ( Bağırov Samir Raqifoviç) də həmin an şəxsiyyət vəsiqəsi üstündə olmayıb. Sənədin şəklini vatsapp vasitəsilə çəkib göndəriblər. Üstəgəl, təzələnməli olan etibarnamənin də vaxtı keçibmiş. Etibarlı mənbənin verdiyi məlumat görə, notarius bu işi təmənna qarşılığında görüb. Məsələ ilə əlaqədar suallarımıza aydınlıq gətirmək məqsədilə 6 Saylı Notariat Ofisinin rəhbərliyi ilə 0124902240 stasionar telefon nömrəsi ilə əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanova zəng açdıq. Rəis müavini məsələni araşdırıb nəticəsi ilə bağlı bizi məlumatlandıracağını vəd etsə də, hələ də onun cavabı ləngiyir. Əlimizdə notarial qaydada təsdiqlənmiş etibarnamənin surəti vardır. Nə vaxtdan sürücülük vəsiqəsi şəxsiyyəti təsdiq edən sənəd kimi qəbul olunur” – bu siuala cavab vermək isə ƏN-nin və Ərəstun İmanovun üzərində qalır. Əldə etdiyimiz məlumata görə, Ərəstun İmanovun özündən müştəbehliyinin tutarlı səbəbi var: Onun arxasında Böyük Dayaq durur. Oxucularımızla irəliləyən görüşlərimizdə həmin himayədarın kimliyini müəyyənləşdirib adını açıqlayacağıq.
P.S. Yuxarıda qeyd etdiyimiz faktları araşdırıb aydınlıq gətirmək üçün ilk öncə adı keçən notariusun rəhbərliyi ilə görüşüb həqiqətin nə dərəcədə doğru olub olmadığını dəqiqləşdirmək üçün idarənin müdiri Ərəstun İmanovu soruşduq. Onu əvəzləyən şəxs bildirdi ki, Ərəstun müəllim xaricə istirahətə gedib, fevral ayının sonu gələcək. Əvəzedici notariusun müdiri ilə görüşən zaman otaqda olan dəllal qoçular əvvəl bizi şantaj etmək isədi. Sonradan hədə qorxu gəlməyə başladı. Biz məcbur olub Ədliyyə Naziri cənab Fikrət Məmmədova rəsmi məktubla müraciət etdik. Təssüf ki, etdiyimiz müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq nazirlikdən bizə heç bir cavab verilmədi. Əksinə, nazirliyin səlahiyyətli nümayəndəsi redaksiyamıza müraciət edən şikayətçi Arif Məmmədova zəng edib hədələyiblər ki,sən niyə gedib Ərəstun İmanovdan şikayət etmisən.
Görünür düşündüyümüz kimi də oldu. Ərəstun İmanova himayədarlıq edənlərin qolları gedib Ədliyyə Nazirliyinə də çıxıbmış.Yoxsa…
Mövzuya qayıdacağıq.
Nyus.Az
Tarix: 18-02-2021, 21:36
-
Bu gün, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Bu gün, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Bu gün, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Bu gün, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!