“Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün..."




"Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır".

Pravda.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bölgədə lokal müharibə ehtimalı olduğunu xatırladıb:

"Ukraynalı və rusiyalı ekspertlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yəni lokal müharibə ehtimalı var".

"Bu arada, Kremldə Donbassın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik", - deyə Elxan Şahinoğlu xüsusi qeyd edib.
Tarix: 18-02-2021, 08:45
Xəbəri paylaş



Xəbər lenti