Əsir düşmüş erməni hərbi qulluqçunun anası: “Əsir düşmüş oğlumu gördüyümə görə azərbaycanlılara minnətdaram” (ƏTRAFLI)





2021/02/85225-1613045186.jpg

İtkin düşmüş erməni hərbi qulluqçuların yaxınları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası həyata keçirirlər.

Ordu.az xəbər verir ki, etirazçılardan biri olan Kimanın oğlu itkin düşüb və Azərbaycan istifadəçilərinin sosial şəbəkədə yerləşdirdiyi video ilə kimliyi eyniləşdirə biliblər.

“Tək oğlumu aparıblar və bu günə qədər ondan xəbərim yoxdur, heç olmasa video çəkdiklərinə, əsir düşmüş oğlumu gördüyümə görə azərbaycanlılara minnətdaram. Biri qapımı döyüb deməyib ki, oğlum hansı vəziyyətdədir, əsirdir, ölüb, itkin düşüb?”, - deyə o bildirib.

Ermənistan Baş naziri, Müdafiə naziri ilə görüşlər heç bir nəticə verməyib.

“Heç bir iş görmürük. Maddi iş olacaq ki, uşaqlarımız barədə məlumata sahib olaq, amma bu məlumata sahib deyilik”, - deyə itkin düşmüş erməni hərbi qulluqçunun yaxını bildirib.

Valideynlərin sözlərinə görə, məsələnin həlli üçün Ermənistan hökuməti tərəfindən konkret addımlar atılmır. Aksiyada iştirak edən uşaqların əlində “Atamı tələb edirəm” sözləri yazılmış plakatlar var.

“282 təsdiqlənmiş əsirimizin olduğuna dair məlumatlara sahibik. Biz valideynlər bu məlumatları öyrənmişik, hökumət heç bir şey etmir, nə edilirsə, bizim tərəfimizdə edilir”, - deyə itkin düşmüş erməni hərbi qulluqçulardan birinin anası qeyd edib.

Aksiya həyata keçirən şəxslərdən biri qeyd edib ki, sevinməyə məcburdurlar, uşaqları əsirdir və bu xəbər təsdiqlənib.

“Avropa Məhkəməsi bizə sənəd verdi və təsdiq olundu ki, oğlumuz əsirdir. Dedilər ki, hər şey normaldır və sağlamlıq problemi yoxdur”, - deyə o əlavə edib.

Valideynlərdən biri deyib ki, o, Qarabağ müharibə iştirakçısıdır, həm də yaralanıb: “Bu gün hər yerdən deyirlər ki, meyit gətiriblər, amma nə meyit, tanınmaz sümüklər gətirirlər. Eyni ərazidə həm türk, həm də bizim uşaqlarımız ölüb. Qutu ilə sümük gətirirlər və deyirlər ki, DNT tutdu”.

Erməni valideynlər uşaqlarını tapmağı və gətirməyi tələb edirlər.

“Bizim məlumatımız var ki, Nikol Paşinyan bir çoxlarının geri qayıtmayacağını yaxşı bilərək insanları öz Aşotikini gətirmək üçün göndərib”, - deyə aksiya iştirakçılarından olan Arsen Qukasyan bildirib.

İtkin düşmüş erməni hərbi qulluqçulardan birinin yaxını olan Arsen Qukasyan deyib ki, ağıllı bir kəşfiyyatçı olsaydı, meşəyə daxil olardı, 30 uşağı çıxarardı: “Biz kəşfiyyatçı vermişik ki, daxil olub 30 uşağı çıxarsın, etmədilər. Bu rəhbərlik hansısa addım atsaydı, bu gün bu uşaqlar sağ idilər və sağlam şəkildə evdə olardılar, heç bir şey etmədilər, türklər tapdılar, öldürdülər, hər şey etdilər, gətirdilər, dedilər ki, uşaqlarınızı alın”.

Tarix: 14-02-2021, 21:06
Xəbəri paylaş



Xəbər lenti