Həm cəza, həm dərs: Büdcəni talayanlar cavab verəcək - GƏLİŞMƏ
Artıq dövlət qurumları büdcə təşkilatlarının qanunsuz xərcləmələrini etiraf etməyə başlayıblar.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin geniş kollegiya iclasında nazir Samir Şərifov deyib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb.
Lakin təkcə bir icra başçısının evindən 500 min avro onu deməyə əsas verir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən açıqlanan 89 milyon 240 min manat qanunsuz xərcləmələrin tamını əhatə edə bilməz.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə açıqlamasında deyib ki, hazırda Dövlət Maliyyə Nəzarəti Xidmətinin açıqladığı rəqəm dənizdən bir damladır:
“89 milyon 240 min manat qanunsuz xərcləmələr Maliyyə Nazirliyinin bir qurumunun apardığı yoxlamanın nəticəsidir və bu, dənizdən bir damladır. Maliyyə Nazirliyinin elə imkanı da yoxdur ki, büdcədən ayrılan vəsaitin tamamının monitorinqini aparsın.
Buna heç həmin nazirliyin işçi qüvvəsi də yoxdur. Ayrıca olaraq Hesablama Palatası da bənzər yoxlamalar aparır, orada da 10 milyonlarla vəsaitin qeyri-qanuni mənimsənilməsi və yaxud qiymətlərin şişirdilməsi, büdcədən ayrılan vəsaitin qeyri-rasional, uyğunsuz şəkildə xərclənməsi, hesabatlarda tez- tez öz əksini tapıb. Amma problem orasındadır ki, bunun cəzalandırma mexanizminin işlədiyi müşahidə edilmir.
Belə yoxlamalardan sonra növbəti addım kimi bu işdə əli olanların aşkarlanması, ciddi şəkildə cəzalandırılması və bunun da başqalarına dərs olması vacibdir. Amma bu baş vermədiyi üçün mövcud cəzasızlıq mühitində digər təşkilatlarda, dövlət və hökumət orqanlarında, əsasən dövlət şirkətlərində çox böyük yeyintilərin və büdcədən ayrılan vəsaitlərin, datasiyaların qanunsuz yolla xərclənməsinin şahidi oluruq”.
Ekspert hesab edir ki, belə əsaslı yoxlamalar yerli icra orqanlarında da aparılmalıdır:
“Belə yoxlamalar yerli icra orqanlarında da aparılmalıdır. Büdcə haqqında qanunvericiliyə görə, Hesablama Palatası büdcədən ayrılan vəsaitlərin xərclənməsi istiqamətləri ilə bağlı yoxlamalar aparmalıdır. Sadəcə, dövlət orqanlarının özünün əhatə imkanları bütün sahələri əhatə etməyə yetərli deyil. Paralel olaraq vətəndaş cəmiyyətinin və medianın da nəzarəti vacibdir.
Dövlət orqanlarının mediada çıxan yazılara, ümumiyyətlə vətəndaş cəmiyyətinin nəzarəti mexanizminin yaradılmasına dövlətin özü maraqlı olmalıdır. Belə kompleks şəkildə dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı komöleks araşdırmaların aparılması, cəzaların verilməsi, ümumiyyətlə bu mühitin formalaşdırılması mümkündür. Amma zaman- zaman cəza mexanizminin tətbiqi bizdə sanki bir kampaniya xarakteri daşıyır və hər dəfə bir- iki icra başçısı, dövlət məmuru həbs olunur, bununla da proses dayanır.
Yəni bunun kompleks şəkildə aparılmasının, ölkədə idarəetmənin fəlasəfəsinin dəyişdirilməsinin şahidi olmuruq. Artıq elə orqanlar var ki, orada nəzarət mexanizminin qurulması da artıqdır. Bunlardan biri də yerli icra orqanlarıdır. Bu orqanlar, bir sözlə, özlərini doğrultmur. Bununla bağlı dəfələrlə fikirlər də bildirilib. Yeni orqanların, institutların yaranmasına ehtiyac yaranıb. Bunun ilkin işartıları da var. Məsələn, işğaldan azad olunmuş ərazilərdə belə qurumlar yaradılır. Hesab edirəm ki, əgər bu uğurlu alınsa, ölkənin digər hissələrinə də eyni forma tətbiq edilə bilər. Amma bunun üçün bir hüquqi əsas, qanunverici baza da yaradılmalıdır”.
Tarix: 9-02-2021, 14:35
-
Bu gün, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Bu gün, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Bu gün, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Bu gün, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!