“Fransadan Qarabağa erməni terrorçular gəlir” - Mübarizə indi başlayır
Heç mübaliğəsiz deyə bilərik ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi zəfər, o cümlədən Şuşa əməliyyatları indi ayrı-ayrı ekspertlərin diqqət mərkəzindədir. Bəlkə də, bir çox döyüş planları artıq tədqiqata cəlb olunub. Hər halda qələbəmiz yüksək qiymətləndirilir. Xüsusilə də türk hərbi ekspertlər bizi alqışlamaqdadırlar. Amma, əlbəttə, təkcə tərif yağdırmır, eyni zamanda qalan problemləri həll etmək istiqamətində tövsiyələrini, məsləhətlərini əsirgəmirlər.
- Odur ki, “Sherg.az”olaraq türk mütəxəssislərlə söhbətlərimizə davam edirik. Bu dəfəki müsahibimiz ehtiyatda olan polkovnik, ayrı-ayrı yerlərdə dəfələrlə uğurlu hərbi əməliyyatlar keçirmiş Mithat Işıkdır. O, suallarımızı ətraflı cavablandırıb:
-Azərbaycanın 44 günlük müharibədəki zəfərini necə qiymətləndirirsiniz?
- Azərbaycan ordusu otuz illik təlimin nəticəsində qısa vaxt ərzində Qarabağın kritik nöqtələrini ələ keçirdi. Əks-hücum əməliyyatları ilk həftələrdə sürətlə davam etsə də, sonradan yavaşlandı. Əslində temp düşməməli və daha çox yerlər azad edilməli idi. Xüsusi ilə Xankəndi- İrəvan yolu nəzarət altına alınmalı və İrəvanla əlaqə kəsilməliydi. Əməliyyatların uzanması təəssüf ki, Azərbaycanın əleyhinə oldu. Rusiya və Fransanın- xüsusilə Rusiyanın müdaxiləsini əvvəlcədən nəzərə almaq lazım idi. Ermənistan ordusu mühasirəyə alınaraq tam təslim edilməliydi. Beləliklə, həm də mülki əhalinin Qarabağı boşaltması təmin olunmalıydı. Və əslində Xocalı da “təmizlənməliydi”. Çünki oranın bizim üçün mənəvi əhəmiyyəti var. Ermənilərin soyqırımı törətdikləri Xocalı qüssəli qaldı, “üzü gülmədi”. Bütün bunlarla belə, Azərbaycan ordusunun qələbəsini alqışlayıram. Silahlı qüvvələr lazım gələni elədi. Xalq da orduya dəstək verdi. Ümumiyyətlə, istənilən müharibənin uğurlu bitməsi üçün siyasi güc, xalq birliyi və ordu şərtdir. Qarabağ müharibəsində bu birlik yarandı və zəfər qazanıldı.
- Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti barədə nə düşünürsünüz?
Ruslar erməniləri qoruyub, dəstəkləyəcək, onları regiona gəlməyə təşviq edəcəklər. Ruslar şəhərlərə, rayonlara, kəndlərə mümkün olduğu qədər çox erməni köçürməyə və öz planlarını həyata keçirməyə çalışacaqlar. Bunun qarşısını almaq üçün azərbaycanlılar ən qısa zamanda ata torpaqlarına yerləşməlidirlər. Həmçinin kiritik ərazilər Azərbaycan ordusunun nəzarəti altına alınmalı, nəzarət-keçid məntəqələri yaradılmalıdır. Təhlükəsizliyi təmin etmək məqsədilə polis postları qurulmalıdır. Xüsusilə Murovdağ daim nəzarətdə olmalıdır. Strateji kəndlərdə kənd xalqından ibarət silahlı qoruma qrupu yaradılmalı və terrorla mübarizə təlimləri verilməlidir. Belə bir təcrübə Türkiyədə də var. Və mütləq güclü kəşfiyyat xidməti təşkil edilməlidir.
- Bildiyiniz kimi, Qarabağda türk-rus birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Bundan sonra nələr dəyişəcək?
- Bu, ilk növbədə motivasiya və mənəvi dəstək xarakteri daşıyır. İkinci bir tərəfdən, rusların sərbəst hərəkətinin qarşısı alınacaq. Nəzərinizə çatdırım ki, Türkiyə şəxsi heyətinin rəhbərliyindən hər cür dəstək istənilə bilər. Xüsusilə ehtimal olunan lokal atışmalarda necə davranılmasına dair təcrübə mübadiləsi aparılmasını məqsədəuyğun hesab edirəm. Çünki əsas mübarizə indi başlayır. Fransada yetişdirilən erməni terrorçular bölgəyə daxil olmağa başlayıb. Ona görə əsla eyforiyaya qapılmamalı və gözümüzü dörd açmalıyıq.
- Xankəndi, Xocalının taleyi necə olacaq?
- Etiraf etmək lazımdır ki, ruslar Xankəndinin Ermənistanda qalmasını istəyirlər və bütün imkanları ilə buna çalışırlar. Xocalı isə bayaq da dediyim kimi, xüsusi əhəmiyyətlidir. Ona görə mütləq azad edilməlidir.
- Bəs Zəngəzur?
- Zəngəzur dəhlizinin açılması çox vacibdir. Fikrimcə, ən qısa zamanda Bakı-Naxçıvan-Türkiyə- Qarabağ xətti üzrə yolun inşası başladılmalıdır. Ruslara güvənmək olmaz. Onu da deyim ki, mövcud vəziyyət İranı da narahat edir. İran hər ötən gün Azərbaycanın əleyhinə olacaq. Çünki dünyada siyasi proseslər sürətlə dəyişir.
- Qarabağdakı erməni silahlıları təhlükəsizliyi təhdid edir. Bu problemi necə həll edə bilərik?
-Əlbəttə, ilk fürsətdə onlar zərərsizləşdirilməlidirlər. Ümumiyyətlə, Azərbaycan ordusu davamlı təlimlər keçməlidir ki, hansısa özbaşınalıqda adekvat cavab vermək mümkün olsun.
- Sizcə, yaxın gələcəkdə yeni müharibə başlaya bilər?
-Bunu bayaq da dedim: lokal xarakterli atışma ehtimalı hər zaman olacaq. Ona görə də bölgədə təhlükəsizliyi gücləndirmək, mümkün qədər koordinasiyalı çalışmaq lazımdır.
Tarix: 3-02-2021, 00:00
-
Dünən, 18:23
Masazırda evlər hələ də su altında qalıb - ADSEA problemi aradan qaldırmır - İnsanlar bezib... - FOTO
-
Dünən, 18:18
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
-
Dünən, 12:02
Qubada kəndin örüş sahələri satılır? - VİDEO
-
Dünən, 11:08
AZAL Naxçıvan aeroportunda ajiotaj yaradıb- VİDEO
-
Dünən, 11:07
Paşinyan: Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq
-
Dünən, 09:09
İsrail vurdu: İranda gözlər başqa ölkəyə çevrildi – Qalibafdan sərt sözlər
-
Dünən, 09:04
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
-
Dünən, 09:02
ADSEA insanlara belə su içirir - FOTO-VİDEO
-
14-06-2026, 16:53
Şirvanda qəzalı binadan köçürülən sakinlərin kirayə pulu ödənilmir - ŞİKAYƏT/VİDEO
-
14-06-2026, 16:46
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?-VİDEO
-
14-06-2026, 16:43
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
-
14-06-2026, 16:35
İndi də müştəriyə belə problem yaradırlar - NARAZILIQ
-
14-06-2026, 16:32
Polis bu rayonda ƏMƏLİYYAT KEÇİRDİ
-
14-06-2026, 11:41
Ukrayna Krıma aparan körpülərə zərbə endirir
-
14-06-2026, 11:30
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
-
13-06-2026, 22:39
Mourinyo “Real Madrid”lə müqavilə imzaladı – Rəsmi
-
13-06-2026, 22:36
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
-
13-06-2026, 22:28
Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
-
13-06-2026, 22:25
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
-
13-06-2026, 18:05
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
-
13-06-2026, 17:45
Tərtər rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib
-
13-06-2026, 12:56
"Ana-bala" parkını SATDILAR: sakinlər narazıdır... - FOTOLAR
-
13-06-2026, 09:55
Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI?
-
13-06-2026, 09:54
Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq (VİDEO)
-
13-06-2026, 09:51
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
-
13-06-2026, 08:55
Gəncədə “Su-Kanal” idarəsi NARAZILIQ YARADIR - Başçı isə...
-
12-06-2026, 22:45
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama
-
12-06-2026, 22:35
Rayon rəhbəri sahibkar Zəfər Nəsirovun müasir istixana kompleksi ilə tanış olub
-
12-06-2026, 22:34
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
-
12-06-2026, 22:26
“İnşaat Konstruksiyaları” MMC vətəndaşı belə ALDATDI: “Bizə heç kim bata bilməz”