“Son günlər mətbuatda və sosial şəbəkələrdə rüşvət və korrupsiyaya əməlinə görə həbs edilmiş məmur övladlarının yüksək vəzifələrdə saxlanılıb- saxlanılmaması və yeni təyinatlar barədə geniş müzakirələr gedir. Məsələ ilə bağlı müxtəlif fikirlər irəli sürülür, hər kəsin də məsələyə öz subyektiv yanaşması var.Fikrimcə bu məsələyə bir neçə aspektdən daha doğrusu hüquqi və mənəvi baxımdan yanaşmaq olar. Ancaq öncə əsas bir halı diqqətinizə çatdırım, müşahidələr göstərir ki, əksər məmurlar, varlılar öz övladlarının hüquqşünas və dövlət idarəçilik sistemi ilə bağlı təhsil almağına olduqca maralı olublar və hal-hazırda da məmurlar üçün bu istiqamət prioritet olaraq qalır.”
Neqativ.com bildirir ki.bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov həbs edilmiş məmur övladlarının vəzifədə saxlanıb-saxlanması məsələsinə münasibət bildirərkən deyib. Hüquqşünas fikrini belə davam etdirib:“Əvvəlcə məsələyə hüquqi baxımdan nəzər yetirək. Əlbəttə dövlətimiz hüquqi dövlətdir və hüquqi baxımdan həbs edilmiş dövlət məmurunun uşaqlarının müəyyən dövlət qulluğunda əmək fəaliyyətinə heç bir qanuni qadağa yoxdur. Digər tərəfdən şəxsin cinayət əməlini təsdiq edən və qanuni qüvvəsini almış məhkəmə hökmü hələ yoxdursa, hüquqi statusundan asılı olmayaraq heç bir kəs təqsirli (məhkum) sayılmır (Təqsirsizlik prezumpsiyası). Bu norma hüququn əsas təməllərindən sayılır.
Məmur həbs edildikdən sonra onun övladlarının hüquq-mühafizə orqanlarında və güc strukturlarında xidmət etməsini davam etdirməsidir. Hüquqi dövlətlərin və o cümlədən Azərbaycan qanunvericiliyinə görə heç bir şəxs qohumluq dərəcəsindən asılı olmayaraq digər bir şəxsin əməlinə görə məsuliyyət daşıya bilməz.
Qeyd edim ki, ümumiyyətlə Azərbaycanda hüquq-mühafizə orqanlarında, güc strukturlarında, xüsusi xidmət orqanlarında əmək fəaliyyətinə şəxsin yaxın ailə üzvlərinin məhkumluq tarixçəsi yoxlanılır və sonra işə qəbul edilir. Burada əsas məqam odur ki, şəxsin işə düzəlməsi öncəsi yoxlanılan məlumatlarda sonradan, yəni həmin orqanlarda əmək fəaliyyətinə başladıqdan sonra dəyişiklik daha doğrusu, yaxın qohumları arasında "məhkum" statusu alan olursa, bu halda da hüquq-mühafizə, güc və xüsusi xidmət orqanlarında xidmət edən şəxsin xidmətindən uzaqlaşdırılmasına qanunla yol verilmir. Qısası, məmur həbs edilirsə, onun hüquq-mühafizə, xüsusi xidmət orqanlarında, güc strukturunda xidmətdə və ya hər hansı bir inzibati vəzifədə işləyən övladına heç bir qanuni hüquqi təsiri yoxdur.
Məsələnin daha maraqlı tərəfi isə işin mənəvi hissəsidir. Gəlin etiraf edək ki, reallıqda hüquq-mühafizə, xüsusi xidmət və güc strukturlarında əmək fəaliyyəti göstərənlərin mütləq əksəriyyəti yüksək vəzifəli məmur tayfasının övladları və yaxınlarıdır. Və həmin orqanlarda kasıb təbəqədən çıxanlar olduqca az saydadır, ümumən barmaqla sayılan qədərdir və onlar da hakim vəzifədə deyillər. Odur ki, özünüz özümüzü aldatmayaq, həqiqəti deyək-həqiqətdə budur ki, həmin hüquq-mühafizə, xüsusi xidmət və güc strukturlarında işə qəbul olmaq praktik olaraq kasıb balaları üçün əlçatmaz arzudur və həmin orqanlara qapılar məmur övladları və yaxınları üçün daha geniş açıqdır. Təbii ki, məmur övladının həmin orqanlara necə düzəlməsi məsələsi olduqca əsaslı suallar doğurur.
Yeri düşmüşkən şahidi olduğum bir məqamı da qeyd edim, deməli, adicə yerli icra hakimiyyət orqanlarının birində bir hüquqşünas vakant boş iş yeri var idi, həmin yeri 3 il boş saxladılar və nəhayət həmin vakant yerə elə həmin icra hakimiyyətində işləyən məmurun oğlu təhsilini bitirən kimi həmin boş vakant yerə təyin olundu. Elə götürək Quda Təhlükəsizlik Agentliyini, orada çoxlu boş vakant iş yerləri ən çoxu da hüquqşünas vakant yerləri var və təəssüf ki orada kasıb təbəqənin uşaqlarının işə düzəlməsi mümkünsüzdür. Ancaq həmin iş yerləri hələdə boş olaraq qalır.
Şəxsi fikrimcə, reallığa uyğun olaraq korrupsiyada əli olan məmurun həbsi onun yaxınlarının və övladlarının vəzifədən uzaqlaşdırılması ilə nəticələnəməsi həmin rüşvətxor, korrupsioner məmura yazılmamış, ancaq effektiv çəkindirici mexanizm ola bilər. Əgər məsələyə qanunla yanaşırıqsa onda həmin yüksək vəzifələrə təyinatda qanunla və şəffaf olmalı və təbəqələşməyə son verilməli və kasıblarında övladlarının həmin məsul vəzifələrdə işləməsi qanunda göstərildiyi kimi təmin edilməlidir. Yox əgər məsələyə mənəvi aspektdən yanaşırıqsa onda, həmin məmurun qanunsuz yolla vəzifəyə gətirdiyi və ya qoydurduğu övladının vəzifədə qalması hansı mənəviyyata, əxlaqa və ədalətə uyğundur.
Qaldı seçimə, qanun ya ədalət?!
Bir hüquqşünas kimi deyim ki, qanun həmişə ədalətli olmur, ancaq ədalət qanun şəklində hakim olanda cəmiyyət mütərəqqi , dövlətçilik isə möhkəm olur. Ölkə başçısı Cənab Prezidentimizin və xalqımızın istəyi də elə budur.”
Neqativ.com
Tarix: 16-01-2021, 14:48