“Tarif Şurasına təklif edirəm ki, pandemiyanı və karantini nəzərə alaraq vətəndaşların kommunal xərclərinin – su, işıq və qaz sərfiyyatınnın artmasını əldə əsas tutaraq müvəqqəti olaraq qiymətləri aşağı salsın. Bu, vətəndaşlara böyük kömək olardı”. Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev deyib.
“Karantin dövründə insanlarımızın maddi durumu ağırlaşır, gəlirləri aşağı düşür, ehtiyac səbəti azalır . Çox hörmətli Tarif Şurası, bəlkə düşünəsiniz” – M.Musayev müraciət ünvanlayıb.
Tarix: 5-01-2021, 23:17