"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb" iddiasına DİN-dən cavab



"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb"-Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb.
 
Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır.
 
Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin - Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir.
 
R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub.
 
Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir.
Tarix: 3-09-2021, 20:14
Xəbəri paylaş



Xəbər lenti