“Bu da başqa bir biabırçılıq. Gürcüstan vətəndaşı olan xeyli soydaşımız var. Onlar nə etsinlər? Artıq illərdir evləri-eşikləri burada, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxunda da bu sənəd yoxdur”.
Вunu deputat Fazil Mustafa bildirib.
Deputat məsələ ilə bağlı dövlət qurumlarına çağırış edib: “Müvafiq qurumlara çağırış edirəm, onların siyahısı hökumətdə olmalıdır, ayrıca olaraq məhz faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır. Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm. Üst-üstə soydaşlarımızın sayı olsun 100-150 min. Buna vaksinimiz yetməyəcək? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu ciddi məsələni diqqətdə saxlamalıdır”.Pravda.az
Tarix: 25-08-2021, 08:31