Qubad İbadoğlu Londona getdi - SƏBƏB


“Artıq Londondayam. Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur, məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti  Conn Kennedinin, Tayvanın hazırkı prezidenti  Tsai Ing-wenin məzun olduğu  London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş emi işçisi kimi işə başlayacağam”.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə ekspert Qubad İbadoğlu özü məlumat verib.
 
Q.İbadoğlu bildirib ki, siyasi elmlər LSE-nin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir: “Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir. Londonda, xüsusilə qlobal və regional  siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz  naminə faydalanmaq niyyətindəyəm. LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm. İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.
Tarix: 23-08-2021, 08:35
Xəbəri paylaş



Xəbər lenti