Natiq Cəfərli: Kilo alıb deyə "kərtənkələ" beldən aşağıya "sürüşmüşdü"


 
 
Tatu haqqında düşüncələr
 
Bir etiraf edim - uzun illərdir tatu azarkeşiyəm, bir neçə dəfə döymə etdirmək istəmişəm, amma son anda vaz keçmişəm, düşünmüşəm ki, siyasi fəaliyyətlə tatu düz gəlməz, həm də həmişə məni bu məsələdə bir şey maraqlandırırdı: Görəsən yaşlananda tatu, döymə insanlarda necə görünər?! Bəlkə də, elə əsas bu məsələyə görə vaxtilə tatu fikrindən vaz keçdim, amma günü bu gün də gənc insanlarda maraqlı tatu görənfə çox bəyənirəm, əsas da müxtəlif yazılar, kiçik heyvan rəsmləri çox xoşuma gəlir.
 
Burada paylaşmışdım, iki həftədən çoxdur ki, məzuniyyətdəyəm, ailəmlə dincəlirik, hər gün dənizdə, plajda oluruq, müxtəlif yerlərdə olduq, maraqlı yerləri gəzdik - bu haqda bir neçə gün sonra bəzi «lifehack»-lar paylaşam ki, necə Azərbaycandan ucuz, amma çox gözəl və keyfiyyətli dincəlmək olar. Nə isə, qayıdaq tatu mövzusuna.
 
Dünyanın müxtəlif ölkələrindən insanlar gördük, son zamanlar gənc nəsildə tatuya maraq artıb - yaşı 15-35 arası olan, demək olar ki, hər kəsdə kiçikli-böyüklü döymələr gördüm. Amma yaşı 50+ olan insanlarda da 25-30 il əvvəl döymələr var idi, amma motivlər və cizgilər fərqlənirdi.
 
Sadəcə bir önəmli məqam var: Məsələn, yaşı 60-a yaxın bir alman xanımda "kərtənkələ" döyməsi gördüm, çox güman gənc yaşlarında çiyninə döydürmüşdü, indi kilo alıb deyə, "kərtənkələ", hardasa beldən aşağıya "sürüşmüşdü". Ya da, bir yaşlı Britaniyalı kişi vardı, əsl "pivə qarnı" çıxartmışdı, çox güman gəncliyində sinəsinə döydürdüyü rəsm indi göbəyi tərəfdə idi.
 
İndi bir daha düşündüm: Yaxşı ki, 20-25 yaşında tatu etməmişəm, yaşlaşdıqca bu döymələr, yumşaq desəm, çox qəribə görünürlər...
 
Bu gənc xanım italiyalı idi, foto üçün özündən icazə aldım, hətta sevindi də, fotossesiya etdik, amma yenə də hər ehtimala qarşı üzünü yaymamağa qərar verdim. Sizə deyim ki, bu qədər tatu da lap ifratçılıqdı, bu gözəl və gənc xanımı 25-30 ildən sonra görmək istəməzdim...
Tarix: 22-08-2021, 18:44
Xəbəri paylaş



Xəbər lenti