Aysel Əlizadə: "Utanmaq lazım deyil"


“Utancaqlıq pis tərbiyənin nəticəsidi. Bu yapon misalını ilk dəfə oxuyanda anlam verə bilməmişdim. Bizi başqa cür tərbiyə ediblər, utancaq ol, başını aşağı sal, sus! Zamanla anladım ki, başımıza gələn problemlərin çoxunun qaynağı elə bu utancaqlıqdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Aysel Əlizadə deyib.
 
A.Əlizadə bildirib ki, abır, ədəb, əxlaq ayrı şeydir: “Başıdik olmaq, özünü ifadə etməyi bacarmaq, hüquqlarını müdafiə etmək, həmsöhbətinin gözlərinə baxmaq, utanmadan, çəkinmədən sözünü demək öyrədilməyib bizə. Kim özü haqda yaxşı söz deyirsə dərhal ağzından vururuq: Özünü tərifləmə! Adamlara özgüvəni bağışlamırıq. Hikkəmiz güclüdür. Çünki “Öz” yoxdu, kütlə var: Sən kimsən axı özünü ayırıb öyəsən? Düşüncə budur. Bir-birimizə bu cür yanaşırıq: Kimsən axı?! Buna görə çox adam özünü təqdim edə bilmir, üstün cəhətlərindən bəlkə özü də xəbərsizdir. Ona yasaqlanıb öz üstünlüyü haqda düşünüb danışmaq. Əslində hər kəsin öygüyə ehtiyacı var. Tənqid qədər dağıdıcı güc yoxdur. Bir adamın yanında onu davamlı tənqid edən kimsə varsa, məhv ola bilər. Çökər…Ona görə deyirlər ki, tənqidi mədəni şəkildə ifadə edərlər. Heç kim tənqidi sevmir - qüruruna toxunur, sındıra bilir və qarşılığı mütləq olur. Bizim tənqid-tərif dəyərləndirməmiz ona görə yoxdur ki, uzun illər susmuşuq, “utancaq” olmuşuq. Tərif edəndə yaltaqlığa oxşayıb, tənqid edəndə alçaltmaya. Kiməsə xoş davrananda özünü itirir, görməyib, eşitməyib. Qarşı cinsə xoş söz deyəndə elə bilir, ona vurulmusan, o da sənə vurulur. Bu, ehtiyacdandır, sevgiyə tamarzı olmaqdan. İnsanların bir-birinə motivasiya verməsindən gözəl nə ola bilər? Bir ay bu ölkədə hər kəs bir-birinə xoş söz desə, gülümsəsə, həyatımız dəyişər. Utanmaq lazım deyil…”
Tarix: 13-08-2021, 14:08
Xəbəri paylaş



Xəbər lenti