Sabiq dövlət müşaviri Qabil Hüseynli dünən saytımıza verdiyi açıqlamadan (https://demokrat.az/az/news/85940/polad-bulbuloglu-jirinovskinin-idiot-sersemlemelerine-cavab-vermeli-idi) imtina edib.
Bu gün isə mətbuata deyib ki, bəs emosional yanaşmışam, şərhimdə qeyri-dəqiqliklər var:
"Vladimir Jirinovskinin səsləndirdiyi məlum iftiralara Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun cavab verməli olduğu haqda mətbuata verdiyim açıqlamada emosional yanaşma və qeyri-dəqiqliklər var" - Q.Hüseynli bildirib.
Bu yaşında yalan və böhtana (red. "bilə-bilə yalan") bulaşan Qabil müəllim şərhi ilə bu gün tanış olub, sən demə, sonradan təkzib vermək istəyib. Guya biz də sayt olaraq təkzibinə cavab haqqı tanımamışıq.
Əvvəla, bu gün dəfələrlə bizə zəng edərək, yalnız yazını sildirmək istəyib, biz isə silməmişik.
O ki qaldı dediyi "cavab haqqını tanımamışıq" fikrinə... Artıq cavab haqqını tanıyırıq, indi qoca gedib başqa yalan düşünsün, görək bundan sonra nə uyduracaq?!
"Politoloq"un bugünkü açıqlamasında daha bir sitat:
“Şərhin dərc olunan variantı ilə tanış olduqdan sonra həm konteksdən çıxarılan, həm də özümün ifadə etdiyim emosional fikirlərin “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”na görə doğru olmadığını gördüm. Buna görə orda əksini tapan bütün fikirlərimdən imtina edirəm”.
Maraqlıdır, adını qoymusan politoloq, dövlət müşaviri kimi məsuliyyətli bir postda çalışmısan nə danışdığının fərqində deyilsən? Emosiyalarınla idarə olunursan? Digər tərəfdən, verdiyin açıqlamadan bir gün keçir və necə olursa, "Diplomatik xidmət haqqında" Qanun yadına düşür? Əslində, təqsir səndə deyil, bizdədir ki, politoloq yerinə qoyub şərh verməyini xahiş edirik.