Feminist fəallar polis idarəsinin qarşısında aksiya keçirib



Avqustun 4-də bir qrup feminist fəallar Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin binası qarşısında “Sevincin qatili dövlətdir!” şüarı ilə aksiya keçirib. Aksiyaçılar polis idarəsinin binasının giriş qapısına qan rəngi rəmzi olan qırmızı rəngli maye atıblar.
Feminist fəal Nərmin Şahmarzadə bildirib ki, bir neçə gün əvvəl əri tərəfindən vəhşicəsinə öldürülən yerli sakin Sevinc Məhərrəmova dəfələrlə polis idaərsinə müraciə etmişdir, lakin heç bir tədbir görülmyib.
“Zorakılığı edəni tutmaq əvəzində zərəçəkəni dilə tutublar ki, barışsın. İki ay ərzində zorakılıq edən şəxsin tutulması üçün heç bir tədbir görülməyib,” o qeyd edib.
Feminist fəallar polis idarəsinin qarşısında “Qadın qatilləri dövlətdir”, “Qadın qətlləri siyasidir” şüarları səsləndirib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, aksiya zamanı saxlanılan olmayıb, jurnalistlərə və aksiya iştirakçılarına fiziki təzyiqinin olması barədə iddialar isə əsassızdır. 
*Qeyd edək ki bir neçə gün əvvəl vətəndaş Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən qətlə yetirilib. Bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfinfən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Cütlüyün 3 və 4 yaşlarında iki oğlu var.
Contact. az
Tarix: 4-08-2021, 22:15
Xəbəri paylaş



Xəbər lenti