“Xaçmazdan olan deputat Eldəniz Səlimov olayı ilə bağlı bir kitab yazmaq olar. Xalq tərəfindən seçilən deputat seçicilərinə qarşı o cür özbaşınalıq, qudurğanlıq etməzdi və qanunsuz əməllərinə görə ancaq xalqdan üzr istəyərdi”. Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, bu ölkədə hamı, o cümlədən deputatlar da qanun yox, sahib (yiyə) axtarırlar: “Tahir Kərimli Eldəniz Səlimovu yox, məxsus olduğu klanı müdafiə edirdi və çıxışında səmimi idi. O, çox yaxşı bilir ki, onlardan hansını yoxlasalar, həbs edə bilərlər, çünki hər addımları cinayətdir. Barışdırmaq söhbəti lap “razborka”ya oxşadı, vaxtilə komediyanın əleyhinə bağıranın özü indi "kloun" təəssüratı bağışladı. Bu mərəkəni aşkarlıq üçün quranlar səmimi olsalar, birinci növbədə spikerin dediyi səs yazısını elan edərdi. Bu iclasda ən saxta hal xalqın adından danışılması oldu”. Eldəniz Səlimovun bu hoqqası olmasa idi, illərdir, onun məxsus olduğu mafiyanının qanunsuz əməllərini ifşa edən jurnalist Cəmil Məmmədli tutulacaqdı”.
Tarix: 3-08-2021, 22:02