Xətainin icra başçısı ilə bağlı DTX-ya MÜRACİƏT OLUNDU - "Bəlkə qanunsuz tikintilərə göz yuman..."
Sosial Tərəqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Bakir Həsənbəyli Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyev müraciət edib. Müraciətdə deyilir:
Hörmətli, Əli müəllim!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında ictimai nəzarətin həyata keçirilməsini ölkənin idarəçiliyinə töhvə kimi xarakterizə edir. Təəssüflə qeyd edim ki, bəzi dövlət qurumları qanunazidd hərəkətlərlə bağlı onlara edilən müraciətlərə laqeyidlik nümayiş etdirirlər. Bu hal isə vətəndaş – dövlət birliyinin sarsılmasına xidmət edə biləcək amildir.
Nəzərinizə çatdırım ki, yaşadığım Xətai rayonunda, hətta bir küçədə - konkret Cavanşir küçəsində qanunazidd hesab ediləcək faktlar mövcuddur. Lakin təəssüflə qeyd edim ki, Xətai rayon İcra Hakimiyyətinin rəhbərlyi bu kimi məsələlərə mənim üçün aydın olmayan səbəbdən göz yumur. Hal-hazırda Xətai rayonu, Cavanşir küçəsi 29 ünvanda, yüksək təzyiqli qaz xəttinin və istilik xəttlərinin demək olar ki, az qala üstündə obyekt inşa edilir. Obyektin sahibi hətta piyadaların keçməli olduğu səkini belə qismən özününküləşdirib. Xatırladım ki, sosial şəbəkə vasitəsilə bu hadisənin əvvəl gündən fotosunu çəkərək xəbərdarlıq məqsədilə paylaşımlar etmişəm. Bir daha qeyd edirəm təəssüflər olsun ki, bu günə qədər işlər yüksək sürətlə davam edir. Həmin ərazidən kommunikasiya xətlərinin keçməsi səbəbindən hər hansı tikinti işlərinin aparılmsı məhkəmə qaydasında qadağan edilib. Vər bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, tikinti üçün hər hansı qanuni sənədlərinin olması şübhə doğurur. Məsələnin ən qəribə tərəfi isə tikintinin Xətai rayon Polis İdarəsinin yaxınlığında aparılmasıdır. Belə olan təqdirdə adlarını qeyd etdiyim dövlət qurumlarının bu tip tikintilərin aparılmasına göz yummaları şübhə doğurur. Axı necə ola bilər ki, dövlət qurumları hər gün müşahidə etdikləri tikintinin gələcək fəsadlarını görsün və bu vəziyyətə laqeyid qalsın?
Yuxarıda qeyd etdiyim nüansla bağlı bəzi narahatlıqlarım var. Bəlkə bu cür qanunsuz hesab edilən tikintilərə göz yuman dövlət qurumları kimlərinsə, hansısa təhdidləri altında susmaq məcburiyyətində qalırlar? Mən bu fikirdən başqa hər hansı neqativ hal haqqında düşünmək istəmirəm. Çünki baş verən hallar davamlı xarakter daşıyır, lakin tədbir görülmür. Bu vəziyyət vətəndaş olaraq məni ciddi narahat etdiyi üçün xahiş edirəm: Xətai rayon, Cavanşir küçəsi 29 ünvanda, yüksək təzyiqli qaz və istilik xətlərinin demək olar ki, bir addımlığında inşa edilən tikilinin qanuni sənədlərinin olub-olmamsı ilə bağlı qanunamüvafiq qaydada yoxlamalara başlayasınız. Tikilinin qanunsuz inşa olunması müəyyən ediləcəyi təqdirdə həmin obyektin sökülüb, yerinin abadlaşdırılması üçün müvafiq strukturlara təkliflər göndərəsiniz. Araşdırmanın nəticəsi ilə bağlı təşkilatımıza məlumat verməyinizdən məmnun olarıq.
Conflict.az
Tarix: 26-07-2021, 13:52
-
Bu gün, 16:33
İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
-
Bu gün, 16:31
Xamenei ölüm yatağındadır – KİV
-
Bu gün, 15:19
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
-
Bu gün, 15:18
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
-
Bu gün, 10:06
“Patron” tumlarından görün nə çıxdı – Foto
-
Bu gün, 09:57
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar... - VİDEO
-
Bu gün, 09:36
"ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir" - Qalibaf
-
Bu gün, 09:33
Zaqatala quberniyası: nə vaxt yaradıldı və AXC-yə necə birləşdi?
-
Dünən, 22:57
“Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
-
Dünən, 22:55
İcra başçısı üç qurumu birləşdirdi, Etibar Axundovu rəis təyin etdi
-
Dünən, 22:48
Eldar Qəribov “Unibank”dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Dünən, 22:46
"Aid Group"la bağlı şikayətlər səngimir - VİDEO
-
Dünən, 22:44
Gürcüstan Gəlirlər Xidməti azərbaycanlı sürücülərin gömrükdə saxlanılması məsələsini araşdırır
-
Dünən, 18:11
David Seliverstov-Kazım Abbasovu deputatla NƏ bağlayıb? - DETALLAR, AÇIQ SUALLAR
-
Dünən, 18:05
AAYDA Suraxanı sakinlərinə nə yol çəkir, nə ümid verir (FOTO)
-
Dünən, 16:12
Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu
-
Dünən, 16:11
Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
-
Dünən, 16:03
38 saxta diplom aşkarlandı... - Tibb və səhiyyə ixtisasları üzrə
-
Dünən, 16:01
ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir? – Külli miqdarda vergi borcu üzə çıxdı
-
Dünən, 15:59
Apteklərdə eyni dərman fərqli qiymətə satılır? - VİDEO
-
Dünən, 11:40
Mediaya ən qapalı deputatlar – SİYAHI
-
Dünən, 11:34
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi?
-
Dünən, 10:15
Bərdədə ailəmi aclığa məhkum ediblər- Baş Nazirə MÜRACİƏT
-
Dünən, 09:44
Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
-
Dünən, 09:32
Süni intellekt dünyanın ən güclü kəşfiyyat xidmətlərini sıraladı - SİYAHI
-
Dünən, 09:27
Peşə Təhsili üzrə Dövlət Agentliyində nələr baş verir?
-
5-08-2026, 18:48
LAQEYDLİK, NİFRƏT... - “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”
-
5-08-2026, 18:24
İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO
-
5-08-2026, 18:14
Abşeron Xəstəxanasında acınacaqlı vəziyyət –Yemək iyi bürüyən otaqlarda xəstə qəbul edilir
-
5-08-2026, 18:09
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!