Kərəm Həsənov dayısının əli ilə 300 hektar torpağı belə mənimsədi – VİDEO
Şabran rayonunun Rəhimli İƏD–nin Maytablı kənd sakini 63 yaşlı Haciyev Binədar Ağabala oğlu uzun illər istifadələrində olan torpaq sahələrinin Rafik Kərimov tərəfindən qanunsuz olaraq əllərindən alındığını bildirir.
Busaat.az xəbər verir ki, Rafik Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun doğma dayısıdır. Amma hazırda sözü gedən dövlət mülkiyyətində olan və uzun illər Hacıyev Binədar Ağabala oğlunun istifadəsindəki 263 hektar torpağ sahəsinin hərrac yolu ilə satışını 2014 cü ildə həyata keçiriblər. Torpaq sahəsi Bakı şəhər Yasamal rayon sakini Oktay Məmmədovun adına sənədləşdirilib.
Qeyd edək ki, ərazinin həmin şəxsin adına rəsmiləşdirilməsində əsas məqsəd Kərəm Həsənovun adının bu məsələdə hallanmaması üçün edilib. 2014-cü ildə Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.Torpaq sahəsinin müəmmalı hərrac yolu ilə satışı zamanı Şabran RİH-nin o zamankı icra başçısı indiki Siyəzən RİH-i başçısı olan Novruz Novruzov da vasitəçilik edib və vətəndaşın “susdurulmasını” öz üzərinə götürüb. O dəfələrlə Binədar Hacıyeva müxtəlif vədlər versə də Siyəzən rayonuna icra başçısı təyin edilməsindən sonra ona deyib ki, “hə indi get başının carəsini tap, məni narahat eləmə”. Qeyd edək ki, qanunsuz olaraq əldə edilən torpaq sahəsinin adına rəsmiləşdirildiyi Oktay Məmmədov o zaman Əmlak Məsələləri Dövlət Komitəsində çalışıb.Kərəm Həsənovun dayısı isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şabran rayon 3 saylı Yol İstismar İdarəsinin rəisidir. O dəfələrlə Binədar Hacıyevi təhdid edərək ondan bu torpaqlara olan iddasından əl çəkməyəcəyi halda həbs ediləcəyini bildirib.
Hərracın keçirilməsi haqda və Şabran rayon statistika idarəsində kənd sakinlərinin qeydiyyatdan çıxarılması barədə növbəti yazımızda bəhs edəcəyik.