“Döşəyəcəklər rəisin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan” - Deputat



“Anlaşılandır. Ermənilər mina basdırıblar ki, hər hansı bir azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün. Güdülən nəticə budur: az da olsa dünyada azərbaycanlının sayı azalsın. Anlaşılmazdır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.
 
F.Mustafanın sözlərinə görə, güdülən nəticə budur: dünyada daha çox azərbaycanlının sayı azalsın: “Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Lütfizadənin itkisini indi hiss edirik e... Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə o dövrə qədər pandemiyadan sağ çıxan qocaman müxalifətçilər döşəyəcəklər yazıq səfərbərlik üzrə dövlət rəisinin qabırğasına: belə xəyanət olar, orduya niyə yüz-yüz əlli adam çağırmısan? Duymadıq, oxumadıq deməyin”.
Tarix: 8-06-2021, 08:34
Xəbəri paylaş



Xəbər lenti