Bakı şəhər sakini Şəmsiyyə Qürbətova illərdir dələduzların qurduğu labrintdən çıxa bilmir. Uzun müddət Ukraynada yaşayıb, sahibkarlıqla məşğul olan ailə vətənə dönüb asudə yaşamaq niyyətində olub. Lakin onların bu istəyini dələduzlar iztirablı həyatla əvəz edib. Ukraynadakı əmlakını sataraq Azərbaycanda daşınmaz əmlaka sahib olmaq istəyən ailə dələduzların qurbanına çevrilib. Şəmsiyyə Qürbətovanın bildirdiyinə görə həmin dələduzları himayə edən yüksək ranqlı məmurlar onların cəzasız qalması üçün də çalışıb.
Məsələnin ictimailəşməsindən sonra dələduzluqda təqsirləndirilən şəxs həb olunsa da korrupsiya qarşı idarənin müstəntiqləri onun müdafiəçisi rolunda çıxış edib. Bəzi sənədləri iş materiallarından oğurlanıb təqsirləndirilən şəxsin oğluna verilib. O, da zərərçəkmişdən əlavə məbləğlər qarşılığında sənədləri qaytarmaq niyyətində olduğunu deyib. Bu halları müstəntiqlər əsla araşdırmaq istəmir. Zərərçəkmiş hüquq müstəvisində mübarizə apararaq məhkəmə qəraarları ilə ona qarşı cinayət olmasını sübut edə bilib. Amma məhkəmə qərarlarını icra etməyə icra məmurları çətinlik çəkib. İşin detallarından biri də ipucunun tikinti maqnatı kimi tanınan Şərurlu İsfəndiyara (İsgəndər Axundova) çıxmasıdır. Bu barədə açıqlama verən şikayətçi daha sonra hədələnməyə başlanıb. İsfəndiyar Axundov Şəmsiyyə Qürbətovaya onun xeyrinə olan məhkəmə qərarlarını ləğv edəcəyini deyib. Daha sonra bu məsələni ictimailəşdirən şikayətçini hədələyib. Ona bildirilib ki, mediadakı çıxışlarını sildirməsə, onu daha pis aqibət gözləyə bilər. Başına gələnlər barədə danışan Şəmsiyyə Qürbətova Baş Prokuror Kamran əliyevə və ölkə prezidenti İlham Əliyevə müraciət edərək kömək istəyir.